Səlim Müslümovdan daha bir müvəqqəti təyinat, nazir icra başçıları üz-üzə gəlib

img

04-02-2014 [11:02]



 Səlim Müslümov Əmək Əhalinin Sosial Müdafiəsi naziri təyin olunduqdan sonra bu nazirliyin tabeliyindəki qurumlarda yaşanan çaxnaşma pik həddə çatıb. Artıq elə bir vəziyyət yaranıb ki, ölkə ərazisində fəaliyyət göstərən 14 Tibbi Sosial Ekspert Komissiyalarının sədr vəzifələrinə təyinat olmayıb. Bir çox mərkəzlərin direktor vəzifələri öz sahiblərini gözləyir

Mia.az xəbər verir ki, nazir S.Müslümov nazir təyin olunduğu gündən bir sıra müəssisələrdə qeyri-müəyyənlik yaranıb: «Nazirliyin tabelyindəki mərkəzlərdəqeyri-müəyyənlik var. Nazir ərizəsini alıb, işdən çıxardıqlarının yerlərinə təyinat apara bilmir. Bu isə yerlərdə bəzən çox ciddi problemlərə yol açır. Misal olaraq İmişli rayonunu göstərmək olar. Səlim Müslümov gələn kimi, sələfi Füzuli Ələkbərovun rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 4-5 ay əvvəl təyin etdiyi direktor Barat Xəlilov dərhal işdən azad etdi. Direktor vəzifəsini isə müavin Könül Cavadovaya müvəqqəti icra üçün həvalə elədi. Lakin ötən 3 ay ərzində o, təsdiqləndi, bir başqası. Dünən isə Binəqədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzindən bir nəfəri yenidən müvəqqəti rəis kimi göndəriblər. Yəqin 3 aydan sonra da onu geri çağıracaqlar".

Mia.az-a daxil olan məlumata görə, oxşar hallar bir neçə rayon üzrə davam edir: «Bütün bunlar isə onu göstərir ki, həddən artıq «qazlı davranan» Səlim Müslümov yerli icra başçıları ilə «dil» tapa bilmir. Elə İmişlidəki vəziyyətdə belə düşünməyə əsas verir. Nazirin ötkəm davranışları bir sıra icra başçılarının sərt etirazları ilə üzləşib. Başçılar bu səbəbdən nazirin direktor kimi görmək istədikləri şəxsləri qəbul etməkdən imtina edirlər. Səlim Müslümov da icra başçılarının direktor görmək istədiklərini isə təsdiqləmək istəmir. Bu vəziyyət isə rayonlarda qeyri-müəyyənliyə yol açır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA