Zahid Oruc: ”125 polis parlament tərəfindən mükafatlandırılsın"
03-08-2021 [14:01]
"Ölkəmizin hazırki taleyüklü dövründə-Böyük qayıdışa, dövlət sərhədlərimizin tanıdılmasına və qələbəmizin nəticələrinin möhkəmləndirilməsi gündəliyinə ziyan vuran bir mövzuda növbədənkar iclasa toplaşmışıq.
Milli Məclis kiminsə siyasi mövqeyini, yaxud 7 illik deputatlıq fəaliyyətini, eləcə də onun şəxsi keyfiyyətlərini deyil, konkret ərazidə, bir neçə şəxsin şahidliyilə gecə vaxtı fiziki-mənəvi zorakılığa məruz qalması və vətəndaşın şikayəti əsasında Baş prokurorluğun verdiyi təqdimata münasibət bildirir".
Mia.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin bugünki növbəndənkənar iclasında deyib.
Onun sözlərinə görə, məsələyə, emosional, partiyalı, yoldaşlıq, yaxud şəxsi dostluq çərçivəsində qiymət verəndə subyektiv mülahizələrə yol açılır:
"Halbuki biz Azərbaycan zabitinin alçaldılaraq döyülməsinə Konstitusiya çərçivəsində düzgün qiymət verməsək, qəbul etdiyimiz qanunların işləkliyinə heç kimi dəvət edə bilməyəcəyik, “samosud” əməllərinin genişlənməsinə rəvac verəcəyik, hüquqi nihilizmi genişləndirən və kimin gücü varsa, digərinin fiziki cəzalandırmasına yaşıl işıq yandıran hərəkətlərə səbəb olacağıq.
Ona görə də polisə və əsgərə qalxan əl dövlətə vurulan zərbə kimi qiymətləndirilməlidir. Gecədən keçmiş qanuni tabel silahına malik şəxsə qarşı linç əməliyyatı qurulursa, günün-gündüz çağı millət vəkilini qanuna dəvət edən silahsız vətəndaş daha böyük işgəncəyə məruz qala bilər. Zorakılıq edilən şəxs Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasıda fədakarlığı ilə seçilən polis zabitidirsə, hadisəni iki hakimiyyət qolu arasında nifaq kimi təqdim edənlər mövcud olmayan gərginliyə dair süni mövzu verirlər. Hamı yaxşı başa düşür ki, polis zabitini vurmaq deputatın gücü daxilindədirsə, onda millət vəkillərini də döyəcək xeyli güclü şəxslər və qruplar meydana çıxa bilər.
Bizsə prezident İlham Əliyevin Yeni Hakimiyyət və Yeni Elita quruculuğunu təkcə rütbəsindən asılı olmayaraq cinayət törədən hökumət və icra orqanı təmsilçiləriə qarşı deyil, eləcə də millət vəkili və hakim adına ləkə vuranlardan təmizlənmək kimi təqdim edirik.Milləti təmsil edən şəxs kreslonun və mandatın gücünü özünün şəxsi toxunulmazlığı saya bilməz. Qanunları yazan və milləti hüquqa dəvət edən birinci qüvvə bizik.İndiki halda, xalqın mənafeyini və sağlamlığını, ictimai qanunçuluğu qoruyan biizm həmkarımız yox, məhz həmin polis zabitidir və əsil mandatı daşıyan da odur!
Vətəndaşların haqlarını qorumalı olan onu əzirsə, gecə əlbəyaxa razborka aparırsa, onda millət vəkili hansı haqla burada digər cinayətləri pisləyən çıxışlar edə bilər.
Xatırladaq ki, onlarla ölkədə qanunverici orqan təmsilçiləri müxtəlif əməllərə görə mandatdan məhrum edilib.
Bəli, Parlament üzvü dövlətin simasıdır, çünki millətin şərəf və ləyaqətini, maraq və mənafelərini təmsil edir.Ona qarşı gedəndə isə mandat hüququnu itirir.
Sonda biz təklif edirik ki, qanunu və vətəndaş hüquqlarını müxtəlif bölgələrdə ləyaqətlə qoruyan polis təmsilçilərindən 125 nəfəri Parlament tərəfindən mükafatlandırılsın.
Eləcə də Milli Məclisin bir neçə üzvündən ibarət qrupun Xaçmazda siyasi aktivlərlə, ziyalılar və gənclərlə, hüquq mühafizə orqanı təmsilçiləri görüşməsini Parlamentin həqiqi mövqeyini izah etmək baxımından faydalı sayırıq.
Ümidvarıq ki, sentyabrda Parlament sessiyası başlayanda Vətən müharibəsində qəhrəmanlıq göstərən Silahlı qüvvələrin, həmçinin hüquqi mühafizə orqanlarının nümayəndələri ilə dövlətimizin birliyinə xidmət edən birgə görüş-tədbir keçirəcəklər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi