"General Nəcməddin Sadıxovun mal varlığına həbs qoyulsun"

img

04-02-2014 [10:08]


"Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri, polkovnik-leytenant Yaşar Cəfərli Müdafiə Nazirliyində kadr islahatları ilə bağlı mövqetini açıqlayıb.

Ehtiyatda olan zabit "Milli Şura”nın yaxın 2 il ərzində ordu quruculuğu sahəsində həyata keçirilməsi nəzərdə tutulan islahatlar proqramına daxil etmək üçün 2013-cü ilin iyul – avqust aylarında hazırladığı təkliflər paketindən bir hissəni yayıb. Biz həmin təkliflər paketindən "Kadrların rotasiyası” bölməsini oxuculara təqdim edirik:

- Müdafiə Naziri Səfər Əbiyev, general rütbəsindən məhrum edilməklə istefaya göndərilsin. Ölkədən çıxmasına ömürlük qadağa goyulsun və nəzarət altında saxlanılsın. 19 illik fəaliyyəti milli təhlükəsizlik və hüquq mühafizə orqanları tərəfindən araşdırılsın. Araşdırmalar başa çatanadək bütün bank hesabları dondurulsun, əmlakına girov qoyulsun və öz biznesini idarə etmək hüquqlarından məhrum edilsin; 

- SQ-in Baş Qərargah rəisi Nəcməddin Sadıxov, istefaya göndərilsin. Ölkədən çıxmasına müvəqqəti qadağa qoyulsun və nəzarət altında saxlanılsın. "Milli Şura”nın İqtisadi Amnistiya aktına müvafiq olaraq bütün biznesini və gəlirlərini leqallaşdırdıqdan, xarici dövlətlərin, o cümlədən Dağıstanın iqtisadiyyatına qoyduğu yatrımları 1 il ərzində ölkımizin iqtisadiyyatına yönəltmək haqqında öhdəlik qəbul etdikdən sonra sərbəst buraxılsın. Öz hesabına məcburi Azərbaycan dili kurslarına təhkim edilsin. Azərbaycan Respublikasının dövlət dilini öyrənənədək öz bank hesablarından istifadə etmək və biznesini idarə etmək hüquqları məhdudlaşdırılsın;

- general Vahid Əliyevə Milli Təhlükəsizlik Nazirinin Müavini vəzifəsi təklif olunsun;

- general Çingiz Məmmədova Azərbaycan Hərbi Akademiyasının Rəisi vəzifəsi təklif olunsun;

- general Kərim Vəliyevə, Müdafiə Nazirinin müavini (Ç.Məmmədovun yerinə) vəzifəsi təklif olunsun;

- general Qorxmaz Qarayevə, Bakı Korpusunun Komandiri vəzifəsi təklif olunsun;

- admiral Şahin Sultanova, Müdafiə Nazirinin Məsləhətçisi vəzifəsi təklif olunsun;

- general Mirzə Almasova, Hərbi Dəniz Qüvvələrinin Qərargah Rəisi vəzifəsi təklif olunsun;

- general Kərəm Mustafayevə, Müdafiə Nazirinin MTT üzrə müavini vəzifəsi təklif olunsun;

- general Elçin Quliyevə, Əlahiddə Haxçıvan Korpusunun komandiri vəzifəsi təklif olunsun;

- general Zakir Həsənova, Azərbaycan DSX-nin Rəisi - Sərhəd Qoşunları Komandanı vəzifəsi təklif olunsun;

- Milli Qəhrəman polkovnik Fəxrəddin Cəbrayılova, Daxili Qoşunların Komandanı vəzifəsi təklif olunsun;

- Milli Qəhrəman general Rövşən Əkbərova, Cəbhə Komandanı (Qarabağ döyüş bölgəsində yerləşən bütün Ordu korpusları daxil olmaqla) - Müdafiə Nazirinin müavini vəzifəsi təklif olunsun;

- general Altay Mehdiyevə, Şəmkir Korpusunun komandiri vəzifəsi təklif olunsun;

- polkovnik Murad Həmidova, Cəbhə Qərargahının Rəisi - Komandanın 1-ci Müavini vəzifəsi təklif olunsun;

- general Nizam Osmanova, Cəbhə Komandanının MTT üzrə Müavini vəzifəsi təklif olunsun;

- general Heydər Piriyevə, Bərdə Korpusunun komandiri vəzifəsi təklif olunsun;

- general Məmməd Beydullayevə, Müdafiə Nazirinin məsləhətçisi vəzifəsi təklif olunsun;

- general Eyvaz Cəfərova, Müdafiə Nazirliyinin Hərbi İnspeksiayasının Rəisi vəzifəsi təklif olunsun;

- general Fazil Aşumova, Azərbaycan Hərbi Akademiyasında kafedra rəisi vəzifəsi təklif olunsun;

- general Ramiz Nəcəfova Azərbayacn SQ-nin Rusiya Federasiyasında hərbi attaşesi vəzifəsi təklif olunsun;

- general Elbrus Orucova, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinin Rəisi vəzifəsi təklif olunsun;

- general Yaşar Aydəmirova, Azərbayacn SQ-nin İran İslam Respublikasında hərbi attaşesi vəzifəsi təklif olunsun;

- general Rasim Əliyevə Azərbayacn SQ-nin Türkiyə Respublikasında hərbi attaşesi vəzifəsi təklif olunsun;

- general Lənkəran Əliyevə Müdafiə Nazirliyinin Hərbi Polis idarəsinin Rəisi vəzifəsi təklif olunsun;

- general Natiq Əliyevə hərbi xidmətini Fövqəladə Hallar Nazirliyində davam etdirmək təklif olunsun;

- general Vaqif Məmmədova hərbi xidmətini SHXÇ DX-də (keçmiş Respublika Hərbi Komissarlığı) davam etdirmək təklif olunsun;

- polkovnik Elman Orucova Müdafiə Nazirliyinin Şəxsi Heyətlə Tərbiyəvi İş idarəsinin Rəisi vəzifəsi təklif olunsun;

- polkovnik Şair Ramaldanova, AHM-nin Rəisi vəzifəsi təklif olunsun;

- polkovnik Rüfət Əmirova, MN-nin Hərbi-Elmi Mərkəzinin Rəisi vəzifəsi təklif olunsun;

- polkovnik Fikrət İbrahimzadəyə Ordu Korpusunun Qərargah Rəisi vəzifəsi təklif olunsun;

- polkovnik Baxış Ələkbərova Ordu Korpusunun Əməliyyat şöbəsinin rəisi vəzifəsi təklif olunsun;

- polkovnik Eldar Səfərova ordu sıralarından ehtiyata buraxılmaq təklif olunsun;

- ehtiyatda olan kapitan Cəsur Məmmədova Müdafiə Nazirliyinin Mətbuat xidmətinin Rəisi vəzifəsi təklif olunsun;

- e.o. polkovnik-leytenant Daşdəmir Əliyevə MN-nin hərbi Nəşriyyatının Rəisi vəzifəsi təklif olunsun;

- e.o. polkovnik-leytenant Üzeyir Cəfərova MN-nin Analitik İnformasiya Mərkəzinin Rəisi vəzifəsi təklif olunsun;

qafqazinfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA