İlham Əliyevin yeni təyyarəsi - Fotolar

img

04-02-2014 [00:55]


İsveçrənin "Jet Aviation Basel” şirkəti Azərbaycanın "birinci şəxsləri” üçün nəzərdə tutulmuş yeni "ACJ340-600” təyyarəsinin komplektləşdirilməsini başa çatdırıb.

Virtualaz.org saytı "Business Aviation News” nəşrinə istinadən xəbər verir ki, təyyarəni AZAL istismar edəcək. Təyyarə artıq "Jet Aviation Basel” şirkətinin komplektasiya mərkəzini tərk edib və rənglənmə işləri üçün İrlandiyanın paytaxtı Dublinə uçub. Gözlənilir ki, biznes-jet yeni sahibinə bir aydan sonra təhvil veriləcək.

Göyərtə nömrəsi 4K-A108 olan "ACJ340-600” təyyarəsi 2006-cı ilin aprelində istehsal edilib və Səudiyyə Ərəbistanının "Saad Air” biznes-operatoru tərəfindən istismar olunub. Bu şirkət Səudiyyə Ərəbistanının "Saad Group” maliyyə holdinqinin tərkibindədir. Şirkət təyyarəni 2008-ci ildə satışa çıxarılıb. Azərbaycanın onu nə vaxt aldığı məlum deyil, lakin bildirilir ki, təyyarənin alınmasına dair danışıqlar "AJW Capital Partners” şirkətinin fəal iştirakı ilə aparılıb. Təyyarənin alınmasına dair müqaviləni də bu şirkət bağlayıb.

Təyyarənin interyerinə dair detallar məlum deyil. "ACJ340-600” təyyarəsinin salonu 60 yerlikdir. Azərbaycan tərəfinin sifarişinə uyğun olaraq təyyarənin salonunda yemək və qonaq otağı, iki VİP yataq otağı və ona bitişik vanna otağı, ofis və iş kabineti yerləşir. Təyyarənin salonunun arxa hissəsində isə yüksək vəzifəli şəxslərin mühafizəçiləri üçün xüsusi kabinet var.

"Jet Aviation Basel” şirkətinin satış bazarlarının inkişafı və komplektasiya üzrə vitse-prezidenti Rudi Kraft deyib ki, təyyarənin interyerinin dizaynını öz dizayn-studiya şirkəti hazırlayıb. Təyyarənin dayanmadan 16 min kilometr məsafəni uça biləcəyi bildirilir.

İnterpress.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA