"Hazırda referendum və növbədənkənar seçkilər üçün heç bir ictimai sifariş yoxdur" - Partiya sədri
02-08-2021 [13:26]
Son günlər ictimai-siyasi düşərgədə Konstitusiya dəyişiklik edilməsi üçün referendum, eləcə də Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi haqda fikirlər səslənir.
Mia.az xəbər verir ki, bununla bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı musavat.com-a fikirlərini açıqlayıb.
Azərbaycandakı ictimai-siyasi durumu dəyərləndirən millət vəkili son ilyarım ərzində siyasi münasibətlərdə ciddi dəyişikliklərin olduğunu önə çəkib: “Ötən il fevralın 9-da keçirilən parlament seçkilərindən sonra ölkəmizin ictimai-siyasi həyatında müsbətə doğru ciddi dəyişikliklər baş verib. Parlamentdə çoxpartiyalılıq sisteminin Milli Məclis rəhbərliyində əks olunması və ilk iclasda Azərbaycan Prezidenti İlham Əliyevin buna yönəlik çıxışı ciddi islahatların başlanğıcının mesajı idi. Ardınca siyasi partiyaların fəaliyyətinə qərargah təminatı və digər məsələlərə dəstək verilməsi, Prezident Adminstrasiyasında dialoqların keçirilməsi prosesin qəti və davamlı xarakter daşıdığını təsdiqlədi.
44 günlük zəfər savaşında Azərbaycanın bütün siyasi qütblərinin vahid mərkəzdə birləşməsi prosesin nə qədər düzgün və yerində olduğunu göstərdi. Bizim partiya olaraq “Nicatımız vətəndaş həmrəyliyindədir!” şüarımız 32 il ərzində ilk dəfə gerçəkləşərək doğru siyasi-ideoloji məqam olduğunu göstərdi”.
İslahatların davamlı olmasının vacibliyinə diqqət çəkən S.Rüstəmxanlı Zəfərdən sonrakı problemlərin də gündəmdə olduğunu bildirib: “Bu gün özünün ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında yeni və vacib problemlər durur.
Bu problemlər düşmənin viran qoyduğu azad edilmiş ərazilərin bərpası, bu bölgədə insanlarımızın yerləşdirilməsi, həyatın tam qaydaya salınması ilə paralel vətəndaşlarımızın sosial problemlərinin həlli, dövlət quruculuğundan ibarətdir.
Bütöv ərazimizdə suverenliyimizin bərpa edilməsi həm də güclü dövlətə sahib olmamızı zəruri edir. Bu isə heç şübhəsiz ciddi iqtisadi-siyasi islahatlar nəticəsində mümkündür”.
Referendum məsələsinə toxunan millət vəkili bu məsələdə dəqiq addımlar atılmasının vacibliyini bildirib: “Müstəqillik tariximizdə bir neçə dəfə Konstitusiyaya dəyişikliklər edilib. Əlbəttə, bu dəyişikliklərin ideal Konstitusiya formalaşdırdığı iddiasında deyilik.
Vətəndaş Həmrəyliyi Partiyası olaraq proporsional seçki sistemin bərpa olunması, parlament tipli respublika quruculuğunun, bələdiyyələrin statusunun artırılması, məmurların vətəndaş qarşısında məsuliyyətinin formalaşması və sair bu kimi məsələləri qaldırmışıq.
Bu gün də həmin islahatların dövlətimizin güclənməsinə yönəldiyini bildiririk. Amma islahatlar və qanunlar yalnız kağız üzərində olmamalıdır.
Azərbaycanın hazırki geopolitik durumu iqtisadi-siyasi islahatların tədrici və effektiv aparılmasını zəruri edir. Buna görə də hesab edirik ki, hazırda Konstitusiya dəyişiklik edilməsi üçün referendum, eləcə də Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üçün heç bir ictimai sifariş yoxdur.
Vətəndaş Həmrəyliyi Partiyası ölkənin siyasi qüvvələrini və hakimiyyəti bu məsələdə təmkinli və təsirli qərarlar qəbul etməyə çağırır. İnanırıq ki, Qarabağ zəfəri ilə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qoyan xalqımız bu mərhələdə də ən düzgün qərarlara imza atacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi