Vitse-prezident: "Olimpiadada gözlədiyimiz nəticələri əldə edə bilmədik"
02-08-2021 [11:55]
"Bizim cüdoçular çox güclü və perspektivli idmançılardır. Kişilərin yarışında 7 çəki dərəcəsinin hamısında lisenziya qazanmışdıq. Bu, böyük uğur idi. Amma olimpiadada gözlədiyimiz nəticələri əldə edə bilmədik".
Bu fikirləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli kişi cüdoçuların Tokio-2020 Yay Olimpiya Oyunlarını medalsız başa vurması barədə danışarkən deyib.
O, milli komandanın müxtəlif təlim-məşq toplanışlarında və yarışlarda iştirak etdiyini xatırladıb: "Cüdoçular güləşmədilər və vuruşmadılar. Onların formaları da qaydasında idi. Çünki bir ay əvvəl idmançılarımız müxtəlif çəki dərəcələrində dünya və Avropa çempionatlarında medal qazanmışdılar. Bunların uğursuzluğu məni və hamını şoka saldı. Olimpiadalarda sürprizlər olur. Bəzən Avropa, dünya və olimpiya çempionları da məğlubiyyətlə üzləşir, sıradan idmançı isə medal qazanır. Yay Olimpiya Oyunlarının gözəlliyi də bundadır".
Məmmədlinin sözlərinə görə, uğursuzluğun səbəbi haqqında cüdoçuların danışmaları məntiqə daha uyğundur: "Ola bilər ki, kimsə pis yatıb, xəstələnib və s. Bunu daha dəqiq özləri bilər. Amma mütəxəssis, olimpiya çempionu və vitse-prezident kimi deyə bilərəm ki, bu, həqiqətən bizim üçün gözlənilməz oldu. Düşünürdük ki, hər çəkidə bizim medalımız olacaq".
Vitse-prezident 78 kq-dan yuxarı çəkidə bürünc medal əldə edən qadın cüdoçu İrina Kindzerska haqqında da danışıb: "Biz federasiya olaraq çalışırıq ki, xanımlar cüdo idman növü ilə məşğul olsunlar. Kindzerskanın medal qazanması çox sevindirici oldu. Uğurun sirrini deyə bilmərəm. Onu bilirəm ki, İrina vuruşdu. Kindzerskanı çox yarışda görmüşəm, amma bu olimpiadada fantastik mübarizə apardı"/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi