Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
01-08-2021 [00:03]
Qoç - planlarınızın miqyas və formasından asılı olaraq onların bəzilərini həyata keçirməyə tələsin. Aktiv olun, süst davranmayın. Tənbəllik edərək apatiyaya qapılsanız və daha əlverişli vaxtı gözləməyə başlasanız, uduzacaqsınız.
Ailədə mübahisələrə səbəbkar olmayın. İxtilaflar qeyri-konstruktiv olmaqla yanaşı, münasibətlərin korlanması ilə nəticələnə bilər.
Günün ikinci yarısında bir qədər müstəqil çalışın, tək qalmağa can atın. Baş verənləri tələsmədən, sakit şəraitdə təhlil edin. Gələcəklə bağlı planları konkretləşdirin. Məqsədə çatmağın vasitə və yollarını müəyyənləşdirin.
Buğa - kommersiya fəaliyyətində uğurlar ola bilər. Yeni tərəfdaşlarla anlaşmalar gözləntilərinizdən də artıq gəlir verəcək. Qeyri-adi, maraqlı layihə üzərində işə başlaya bilərsiniz. Problemlərin həllində yaradıcı yanaşma, orijinal davranış sərgiləyin. Yeni bacarıqlarınız özünü göstərə bilər.
Günün ikinci yarısında uğurlarınız yaxınlarınızı və dəyər verdiyiniz insanları sevindirəcək. Diqqət mərkəzində olacaqsınız. Emosional fon əlverişlidir.
Axşam saatları xoş təəssüratlar və müsbət emosiyalar vəd edir.
Əkizlər - qarışıq, birmənalı olmayan hadisələrlə zəngin gündür. Nəzərdə tutduğunuz işləri görə biləcəksiniz. Amma tələsməyin. Planları reallaşdırmaq üçün indiyədək istifadə etmədiyiniz metodlardan yararlanmalı olacaqsınız.
Eksperimentlər və risklər sizi cəlb edir. Səhvlər olarsa, bədbinliyə qapılmayın. Ruhdan düşmək əvəzinə məqsədə çatmaq üçün yeni cəhdlər edin. Qətiyyətli davranışın bəhrə verəcəyinə şübhə etməyin.
Günün ikinci yarısı yeni tanışlıqlar, ünsiyyət çevrəsinin genişlənməsi istisna deyil. Yeni dostlar arayırsınızsa, romantik münasibətlərə başlamaq istəyirsinizsə, təşəbbüskar olun.
Xərçəng - yaxşı gün deyil. Hətta ən kiçik uğursuzluqlar və problemlər belə, sizi təbdən çıxara bilər. Müəyyən situasiyada olaylar planlaşdırılmış məcradan çıxarsa, bədbinliyə qapılmayın. Yaxın ətrafınızdakı insanlar sizi anlamırlar. Əhvalınızı yaxşılaşdırmaq üçün onlar cəhd göstərsələr də, çi fayda. Maliyyə itkiləri, uğursuz alış-veriş ola bilər.
Günün ikinci yarısında ailə üzvlərini qayğılandıran məsələlərlə maraqlanın. Yaxınlarınızın rifahı və rahatlığının qeydinə qalın. Özünüzə də vaxt ayırmağı unutmayın.
Axşam saatlarına yaxın kefiniz kökələcək.
Şir - günün ilk yarısında çətinliklər az deyil. Lakin nəzərdə tutduğunuz işləri hər şeyə rəğmən görün. Müşküllər sizi qorxutmasın. Peşəkar fəaliyyət sahəsində uğurlar əhəmiyyətli ola bilər. Səhiyyə, pedaqogika, kommersiya sahələrində çalışanlar istəklərinə çatacaqlar.
Günün ikinci yarısında maliyyə fonu uğurlu olacaq. Alış-verişdə bədxərclik etməyin. Dostlar və tanışlarla ünsiyyət üçün münasib zamandır. Maraqlı informasiyalar alacaqsınız. Axşam saatlarında kiçik travmalar istisna deyil.
Ehtiyatlı olun.
Qız - günün ilk yarısında formalaşan situasiyadan və yaranan imkanlardan maksimum istifadə etməyə çalışın. Məhz bu zaman ciddi uğurlara nail ola bilərsiniz. Şəxsi münasibətlərdə təşəbbüskar, qətiyyətli olun. Rəğbət bəsləmədiyiniz, indiyədək uzaq durduğunuz insanlarla dil tapmağa çalışın.
Yaramaz insanın naqisliyini üzünə demək əvəzinə onun əməllərini zərərsizləşdirməyin alternativ yollarını tapın. Yaşananlara sakit münasibət bəsləyin. Emosiyaları işgüzar maraqlardan ayırmağı bacarın.
Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Ağır fiziki işlə məşğul olmayın. Axşam saatlarını sakit istirahətə həsr edin. İnsanların gur olduqları tədbirlərə yollanmaq məsləhət deyil.
Tərəzi - günün ilk yarısı xoş hadisə vəd edir. Saatlar keçdikcə ciddi problemin yaranma ehtimalı azalır. Peşəkar fəaliyyət sahəsində müşküllər yarana bilər. Səlahiyyətlərinizin öhdəsindən gəlməyə çalışın.
Günün ikinci yarısında xoşagəlməz emosiyaların əsirinə çevrilməyin. Baş verən hadisələrin mahiyyətinin anlamağa can atın. Səyləriniz nəticəsiz qalmayacaq.
Ünsiyyət üçün münasib zamandır. İşgüzar əlaqələr və şəxsi münasibətlərdəki anlaşılmazlıqları aradan qaldırmaq olar. Bir zamanlar vidalaşdığınız, bütün əlaqələri kəsdiyiniz insanla yenidən təmas qurmayın. Belə münasibətlərə əsla ikinci şans vermək olmaz.
Əqrəb - çox uğurlu, əlverişli gündür. Nəzərdə tutduğunuz işlərin əksəriyyətini görə biləcəksiniz. Məqsədlərə çatmaq üçün aktiv olun. Xoş sürprizlər istisna deyil. Ambisioz olun, işgüzar məziyyətlərinizi nümayiş etdirin.
İşdə rəhbərlik maaş artımı və ya vəzifənizin yüksəldilməsinə layiq olduğunuzu anlamalıdır. Kommersiya və ya bizneslə məşğul olursunuzsa, yeni investorlar tapa bilərsiniz.
Günün ikinci yarısında əhvalınız pis olmayacaq. Səhhətinizdə problemlərin yarana biləcəyindən narahat olmayın. İdmanla məşğul olmaq, pəhriz saxlamaq üçün pis zaman deyil.
Fiziki və mənəvi durumunuz yaxşıdır.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oxatan - asan qələbələrin olacağını düşünməyin. Ciddi və əhəmiyyətli nəticəyə nail olmaq istəyirsinizsə, zəhmət çəkməli, səy göstərməli olacaqsınız. Tər tökün, yorğun düşməyin. Qərarları tələsik verməyin. Xüsusilə ilə də maliyyə məsələləri ilə bağlı addımları düşünmədən atmayın.
Yaxınlarınız və dostlarınızın məsləhətlərinə bel bağlamayın. Həmkarların göstərişləri, habelə özlərini təcrübəli mütəxəssis adlandıranların sözlərini qulaqardına vurun.
Günün ikinci yarısı qohumlarla görüşlər, dostlarla müzakirələr, ailəvi tədbirlər üçün əlverişli zamandır. Axşam saatlarında vaxtınızı mənalı, əyləncəli keçirməyə çalışın. Son vaxtlar dil tapa bilmədiyiniz insanla münasibətləri normallaşdıra bilərsiniz.
Həlim və qayğıkeş olun.
Oğlaq - kiçik problem və ya əvvəllər fikir vermədiyiniz olay indi əhvalınızı korlaya bilər. Ciddi problemlər, maneə və sədlərin formalaşma ehtimalı azdır. Daha effektiv çalışmaq, irəliləyişə nail olmaq üçün gərəkli alət və avadanlıq almaq zamanıdır. Peşəkar fəaliyyətinizi intensivləşdirə bilərsiniz.
Yaşam və ya iş arealında dəyişikliklər edin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə səmimi, qayğıkeş olun. Maraqlarınızı qoruyun. Gərəksiz güzəştlərə getməyin. Prinsipial və qətiyyətli, iradəli olsanız, yaxın ətrafınızdakı insanların sizə sayğısı daha da artacaq.
Dolça - həddən ziyadə ehtiyatlı olun. Ən kiçik yanlışlığın belə, çox ciddi və xoşagəlməz fəsadları ola bilər. İşdə və ailədə mübahisələrə qatılmayın. Diskussiya yaranarsa, həmsöhbətlərə sayğı ilə yanaşın. Yalnız belə davransanız, münasibətlərin uzun müddətə korlanmasının qarşısını ala bilərsiniz.
Günün ikinci yarısında önəmli maliyyə məsələlərinin çözülməsini təxirə salın. Büdcənizdə əhəmiyyətli rol oynamayan məbləğləri xərcləyə bilərsiniz.
Sevdiyiniz insanla fikir ayrılığı yarana bilər. Güzəştə getməyi bacarın.
Balıqlar - əlverişli, rahat gündür. Müsbət təmayüllərin təsiri güclənəcək. Proseslər yaşamın bütün sahələrinə təsir edir. Əvvəllər başladığınız işləri yarımçıq qoymayın, onları bitirin. Yeni layihələrə cəsarətlə başlaya bilərsiniz. Hər şey istədiyiniz kimi olacaq.
Günün ikinci yarısı maliyyə məsələlərinin həlli, alış-veriş üçün əlverişlidir.
Uzunmüddətli əməkdaşlığın şərtlərini müzakirə edin. Maraqlı və cazibədar işgüzar təkliflər ala bilərsiniz. Axşam saatlarını yaxşı bələd olmadığınız insanlarla keçirməyin.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi