Deputatın polisi döyməsi... - Vilayət Eyvazov məsələni şəxsi nəzarətinə götürüb, bəs MM rəhbərliyi hansı addımı atacaq?
30-07-2021 [12:22]
Deputat Eldəniz Səlimovun polis əməkdaşını döyməsi barədə məlumatlar təsdiqini tapıb. Hadisə polis əməkdaşlarının deputatın Nabranda əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib.
Faktla bağlı araşdırmanı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsən nəzarətə götürüb.
Bəs görəsən, Qanunverici orqanda çalışan birinin polisi vəzifə başında döyməsi nə ilə nəticələnəcək?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış vəkil İradə Cavadova sözügedən məsələyə Milli Məclisdə baxılaraq tədbir görüləcəyini bildirib.
O, E.Səlimovun bu addımının digər deputatların da nüfuzuna xələl gətirdiyini deyib:
“Deputatın bu cür hərəkət etməsi böyük təəssüf doğurur. Bu həm qanunsuzdur, həm də özbaşınalıqdır. Bu vəzifə səlahiyyətlərindən sui istifadə etməkdir. Digər tərəfdən məhz qanunvericilik bazasını formalaşdıran deputatların bu cür hərəkət etməsi yolverilməzdir. Bundan əvvəl də Eldəniz Səlimov vəkillə də kobud rəftar edərək, xoşagəlməz hərəkətlər etmişdi.
Eldəniz Səlimovla bağlı tədbir görülməsi hüquq-mühafizə orqanlarının birbaşa səlahiyyətində deyil. Çünki deputat toxunulmazdır və imtiyazları həddindən artıq çoxdur. Bu məsələyə Milli Məclisdə baxılacaq və müvafiq tədbirləri ilk növbədə onlar görəcək.
Eldəniz Səlimov məsələsi çox pis nümunədir. Bu, ümumən deputatların nüfuzuna xələl gətirir. Onun simasında bütün deputatlar haqda cəmiyyətdə mənfi fikir formalaşır”.
Xatırladaq ki, Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalının sözlərinə görə, bu məsələ İntizam Komissiyasının gündəliyinə salınaraq müzakirə olunacaq:
“Ortada qanun pozuntusu var. Deputatlar məzuniyyətdən qayıtdıqdan sonra məsələ parlament rəhbərliyinə məruzə ediləcək. Bundan sonra Eldəniz Səlimovun məsələsi sentyabrda İntizam Komissiyasında müzakirəyə çıxarılacaq”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi