03-02-2014 [15:29]
"Azərbaycan hakimiyyəti tənqidi mövqedə olan ictimai fəallara, gənclərə, müxalifət nümayəndələrinə və jurnalistlərə qarşı repressiv fəaliyyətini gücləndirməkdədir. Həbslər, hədələr və böhtan kampaniyaları yenə də davam edir. Bu arada tanınmış jurnalist və vətəndaş cəmiyyətinin nüfuzlu nümayəndəsi Mehman Əliyevə qarşı böhtan kampaniyasına cəhd edilib”.
Bu fikirlər Milli Şuranın verdiyi bəyanatda qeyd edilib.
Milli Şura bəyan edib ki, Mehman Əliyevə gələn müəmmalı zəngdən sonra onunla edilən telefon söhbəti dinlənilib, qeydə alınıb və səs yazısı anonim şəkildə KİV-lərə paylanılıb. Daha sonra bu söhbət Qərb ölkələrinin köməyi ilə Azərbaycanda hakimiyyət dəyişikliyi yaratmaq planının qurulması kimi qələmə verilib.
"Halbuki, səs yazısına qulaq asanlar da görürlər ki, söhbətdə Mehman Əliyev tərəfindən qanuna və mənəviyyata zidd heç bir fikir səsləndirilməyib. Mehman Əliyev mətbuata açıqlamasında bu zəngin ona şübhəli göründüyünü və söhbəti davam etdirməkdən imtina etdiyini də açıqlayıb. Bəlli olur ki, cəmiyyətdə böyük nüfuz və etimad sahibi olan bir şəxsi gözdən salmaq üçün təxribat planlaşdırılıb, lakin düşünülmüş plan uğursuzluqla başa çatıb və daha sonra bundan ləkələmə cəhdi kimi istifadə edilib. Halbuki vətəndaşların telefon danışıqlarını dinləmək, yazmaq və yaymaq qanunsuz bir əməldir və dövlət bu cür cinayətlərə qarşı mübarizə aparmalıdır”.
Milli Şura bildirib ki, Mehman Əliyev uzun illər sabit və güzəştsiz demokratik mövqeyi ilə seçilən bir ictimai xadimdir. Onun peşəkar və müstəqil jurnalist mövqeyi isə cəmiyyətdə örnək kimi göstərilir.
"İctimaiyyətin ən fərqli təbəqələrində çox böyük etimada və nüfuza sahibdir. Həmçinin Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür və qurumun rəhbərliyində təmsil olunur. Biz hesab edirik ki, bu amillər antidemokratik hakimiyyəti narahat edir və Mehman Əliyevə qarşı qaralama kampaniyasının səbəbi də bunlardır”.
Milli Şura Mehman Əliyevə qarşı təxribatı və böhtan kampaniyasını pisləyir, ona qarşı qanunsuz addımları dayandırmağı tələb edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi