PA-nın şöbə müdiri: "Hamımızın bir namus borcu var, əsgərlərimiz burada qan töküb..."
29-07-2021 [14:26]
“Keçən ilin noyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Bu gün Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Elm təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun üzvləri Ağdama gəlib”.
Bunu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Elm təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva bildirib.
F. Əliyeva deyib ki, məqsəd vəziyyəti yerində görməkdik: “İşçi qrupunun tərkibində alimlər, mütəxəssislər və rəsmilər var. Dövlət başçısı Ağdamda olub, Ağdamın böyük gələcəyi var. Ancaq Ağdamın tarixi keçmişi var və gələcəyində bu keçmiş də yaşamalıdır. Biz də Prezidentin göstərişinə uyğun olaraq artıq layihələr üzərində işə başlamışıq. İmarət kompleksindən sonra Qiyaslı məscidində olacağıq. Yəni Ağdamda bərpa və restavrasiyası mümkün olan abidələrə baxış keçirib, rəyimizi təqdim etməliyik. Gördüklərimizdən sarsılaq da, şəxsən çox xoşbəxtəm ki, belə tarixi məqamda belə tarixi məkandayam. Ermənilər yenilməz orduları olduqlarını iddia edirdilər. Ancaq Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yenilməzliyin nə olduğunu göstərdi. Bizim xalqın quruculuq işində də artıq yenilməzlik ruhu var. Biz onu Ağdamın bərpası zamanı da göstərəcəyik” .
Prezident Administrasiyasının şöbə müdiri Ağdamda salamat bina qalmadığını söyləyib: “Hansı binaları tarixi görkəmlərinə uyğun bərpa etmək mümkündürsə, bu istiqamətdə bütün işlər görüləcək. Hamımızın bir namus borcu var, əsgərlərimiz burada qan töküb, canları ilə bu torpaqları azad ediblər. İşçi qrupun gəlişində də məqsəd budur. Görürsünüz ki, biz baxa-baxa qeydlər götürür, müzakirələr aparırıq. Bu vaxta qədər böyük iş görülüb, bundan sonra da çox böyük işlər görülməlidir. Bizim işçi qrupunun bu səfəri də bu işə bir təkan olacaq. Ermənilər tarixi abidələri yer üzündən silsələr də, yaddaşlardan silə bilməyiblər. Yaddaşda yaşayan tarix əbədi tarixdir. Yəni bu istiqamətdə mütləq işlər, araşdırmalar aparılacaq, mütəxəssis, alim rəyi öyrəniləcək ”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi