Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri “Bakı bəyannaməsi”ni imzaladı - TAM MƏTN (Xəbər yenilənib)
28-07-2021 [11:40]
Azərbaycan, Türkiyə və Pakistan parlamentləri sədrlərinin birinci üçtərfli toplantısının yekununda qəbul edilmiş Bakı Bəyannaməsinin mətni açıqlanıb.
Mia.az xəbər verir ki, bəyannamədə deyilir:
- Azərbaycan, Pakistan və Türkiyə arasında qardaşlıq, tarixi və mədəni bağlar, qarşılıqlı hörmət və etimad əsasında mövcud əlaqələrin əhəmiyyəti vurğulanaraq;
- Dövlətlərimiz və millətlərimiz arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsi üçün 3 ölkə arasındakı parlamentar dialoq və əməkdaşlığın gücləndirmənin vacibliyini qəbul edərək;
- Azərbaycan, Pakistan və Türkiyənin bölgələrində sülh, sabitlik və inkişafı yaratmaq, inkişaf etdirməkdə oynadıqları əhəmiyyətli rolları və iştirakçılığı vurğulayaraq;
- Yerləşdikləri bölgələrdə sabitlik, təhlükəsizlik və rifahı inkişaf etdirmək üçün Azərbaycan, Pakistan və Türkiyə arasında daha əhatəli əməkdaşlığın strateji əhəmiyyətini xüsus vurğulayaraq;
- Xaricdən dəstəklənən terror hücumlarının təhdidi, kiber hücumlar, hibrit müharibələri, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkədə müsəlman cəmiyyətlərinin sülh içində bir yerdə yaşamasına təsir göstərən, artan islamofobiyaya meyilli ölkələrin qarşı-qarşıya olduğu saysız çətinliklərin və ortaya çıxan təhdidlərin fərqində olaraq;
- Beynəlxalq hüququn prinsip və normalarına, ayırıca ölkələrimizin qəbul etdiyi beynəlxalq müqavilələr və başqa beynəlxalq sənədlərdəki öhdəliklərimizə olan bağlılığımızı əməkdaşlığın möhkəmləndirilməsi üçün yenidən təsdiqləyərək;
- COVID-19 pandemiyanın iqtisadi inkişafla əlaqədar dünya miqyasında təsirlərinin fərqində olaraq;
- Ermənistanın 30 ilə yaxındır davam edən işğalından sonra ərazi bütövıüyünü bərpa edən Azərbaycan hakimiyyətini və xalqını təbrik edərək;”
- Və Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Parlament Sədrləri Birinci torplantısına ev sahibliyindən ötürü Azərbaycan Milli Məclisinə təşəkkürlərini ifadə edərək;
- Xaricdən dəstəklənən terror hücumlarının təhdidi, kiber hücumlar, hibrit müharibələri, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkədə müsəlman cəmiyyətlərinin sülh içində bir yerdə yaşamasına təsir göstərən artan islamofobiyaya meyilli ölkələrin qarşı-qarşıya olduğu saysız çətinliklərin və ortaya çıxan təhdidlərin fərqində olaraq;
- Ermənistanın 30 ilə yaxındır davam edən işğalından sonra ərazi bütövıüyünü bərpa edən Azərbaycan hakimiyyətini və xalqını təbrik edərək;”
Azərbaycan, Pakistan və Türkiyədnin qardaş xalqlarını daha da yaxınlaşdırmaq üçün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə parlamentlərarası dialoq və əməkdaşlığını inkişaf etdirməyə yönələn səylərinin qətiyyətlə bəyan ediblər.
Mövcud əlaqələri güclndirmək və daimi komitələrin, dostluq qruplarının və Parlamentlərin nzibati heyət arasında ünsiyyəti inkişaf etdirmək öhdəliklərini təsdiqlədilər;
Tərəflər beynəlxalq anlaşılmazlıqların həllində, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində ikitərəfli və çoxtərəfli parlamentar əlaqələrin rolunu vurğulayıblar;.
Konstruktiv dialoq və əməkdaşlıq üçün uğurlu bir platforma yaratmaq səylərində beynəlxalq təşkilatlara, xüsusilə parlament assambleyalarına verdiyi dəstəyi ifadə ediblər;
Tərəflər qərar qəbul etmə müddətlərində qadın millət vəkillərinin rolu və məsuliyyətinin artırılması üçün edilən təşəbbüsləri və atılan addımları dəstəklədiklərini bildirdilər;
Bəyannamədə qarşılıqlı maraq kəsb edən regional və qlobal mövzularda yaxından fəaliyyət göstərməyə hazır olduqlarını və beynəlxalq parlamentar təşkilatlarda üç qardaş ölkə olaraq ortaq bir mövqe tutmağa çalışacaqlarını bildirilib.
Sənəddə qeyd edilib ki, regional və beynəlxalq parlamentar platformlarda islamofobiya və müsəlman azlıqlara yönələn təzyiqlərə qarşı mübarizə məsələsində birgə fəaliyyətə göstərəcəklər.
Tərəflər nəqliyyat, ticarət, enerji, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət, turizm, informasiya və kommunikasiya texnologiyasında regioanl daha yaxşı əməkdaşlıq üçün hökumətlərinə əhatəli dəstək verimək istiqamətində razılaşdılar.
Ermənistan Respublikasının Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsini qınayaraq, azad edilmiş torpaqları yenidən inşa etmək və qaçqın sakinlərin evlərinə qaytıması istiqamətində fəaliyyətdə Azərbaycanla tam həmrəy olduqlarını vurğulayıblar.
Sənəddə o da qeyd edilib ki, tərəflər illik toplantı keçirməyi qərar alıblar və növbəti toplantının 2022-ci ildə Pakistanın paytaxtı İslamadda keçiriləcək.
***
Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşün yekun sənədi olaraq “Bakı bəyannaməsi”ni imzalanıb.
Mia.az xəbər verir ki, sənədi hər üç ölkənin parlament sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qeysəri imzalayıb.
***
Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qeysərinin üçtərəfli görüşü keçirilib.
Mia.az xəbər verir ki, toplantıda üç ölkənin qanunverici orqanları arasında əməkaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.
***
“Bu tədbirin keçirilməsi tarixi hadisədir və tarixdə öz yerini tutacaq”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, üç ölkə arasında mövcud olan münasibətlər qardaşlıq əlaqələrinin etimadına söykənir: “Bu əlaqələrin günümüzə qədər gəlib çıxması təqdirəlayiq haldır. Bugünkü görüş hər üç xalqın bir-birinə yaxınlaşması zərurətinin bariz nümunəsidir”.
S.Qafarova qeyd edib ki, Türkiyə və Pakistanın milli maraqları ilə bağlı məsələlərdə hər iki ölkənin mövqeləri ayrı-ayrı platformalarda daim dəstəklənib və bundan sonra da dəstəklənəcək: “Bugünkü görüş dövlətlərimiz arasında olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfəsini vermiş olacaq və xalqların daha yaxınlaşmasına kömək edəcək”.
Xatırladaq ki, görüşün yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanması nəzərdə tutulub. Bundan başqa, iyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü planlaşdırılıb.
M.Şentop Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi