Sahibə Qafarova AŞPA-nın məruzəçisi ilə müzakirə aparıb - MM-də görüş + FOTO
26-07-2021 [19:20]
Milli Məclisin Sədri Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, məruzəçi Pol Qavanla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə ölkəmizlə Avropa Şurası arasında əlaqələrin uğurlu tarixi proses keçdiyini qeyd edən spiker S.Qafarova deyib ki, Azərbaycan təşkilata üzv olduğu dövr ərzində üzərinə götürdüyü öhdəliklərə daim hörmətlə yanaşıb və qarşı tərəfdən də eyni mövqeyin nümayiş etdirilməsini gözləyir. Biz AŞ-də Azərbaycanla bağlı obyektiv yanaşmanın olmasını istəyirik. Milli Məclisin Sədri bir sıra hallarda təşkilatda ölkəmizə qarşı qeyri-obyektiv və ədalətsiz münasibətin, yalan iddialara əsaslanan qərəzli yanaşmanın olduğunu bildirərək, bu kimi halları sərt tənqid edib.
Sahibə Qafarova məruzəçi Pol Qavan tərəfindən hazırlanan "Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri" adlı hesabat haqqında danışaraq ümid etdiyini bildirib ki, sənəd obyektiv və ədalətli olacaq. Sədr deyib ki, Azərbaycan həmişə AŞPA-da artıq həllini tapmış Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, qaçqınlar və məcburi köçkünlərin məsələləri haqqında müzakirələrin aparılmasını və müvafiq obyektiv sənədlərin qəbul olunmasını istəyib və bununla bağlı dəfələrlə təşkilatda məsələ qaldırıb. İndi hazırlanan hesabat obyektiv faktlara əsaslanmalı və AŞPA ədalətli bir yanaşma ortaya qoymalıdır.
Daha sonra Sahibə Qafarova diqqəti 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbə və sonrakı mərhələdə Ermənistan tərəfindən törədilən təxribatlara yönəldib. O bildirib ki, 30 il ərzində münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Nəhayət ötən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik Ermənistan işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa etdi və öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi.
Məruzəçi Pol Qavanın Ermənistanda yalnız Yerevan şəhərində səfərdə olduğu üçün, Azərbaycanda da təkcə Ağdam şəhərinə gedəcəyi barədə məlumata münasibət bildirən spiker Sahibə Qafarova qeyd edib ki, Ermənistan işğala məruz qalmayıb, Ermənistan ərazisində nə müharibə olub, nə də orada müharibə dağıntıları var. Bu gün Azərbaycanın bir çox şəhər və rayonlarında isə Ermənistanın işğalçılıq siyasətinin, terrorunun, Ermənistanın müharibə cinayətlərinin izlərinə rast gəlindiyini vurğulayan Sahibə Qafarova təəssüf hissi ilə qeyd edib ki, Pol Qavan Gəncə şəhərinə səfər etməyəcək. Qeyd edib ki, Gəncə şəhərinə Ermənistan tərəfindən edilən raket zərbələri nəticəsində mülki insanlar həlak olublar. Əgər məruzəçi gedib orada Ermənistan tərəfindən törədilən hərbi cinayətləri, terroru öz gözləri ilə görsə, onda hazırlayacağı hesabat daha dolğun ola bilər.
Pol Qavanın Ağdam şəhərinə səfəri zamanı Ermənistan tərəfindən törədilən dağıntılara şahid olacağını bildirən Sahibə Qafarova vurğulayıb ki, Ağdam bu gün sözün həqiqi mənasında Xirosimanı xatırladır. Ermənistan 30 il ərzində işğal altında saxladığı Ağdamda və bu gün işğaldan azad olunmuş digər şəhər və rayonlarımızda şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb.
Görüşdə S.Qafarova Azərbaycanın regionda davamlı sülhün təmin olunmasını istədiyini, bunun üçün lazımi addımları atdığını və bundan sonra da atmağa davam edəcəyini qeyd edib. Lakin Ermənistan təxribatçı əməllərindən əl çəkmir, sərhəddə təxribatlar törədir, hərbi əsirlər barədə həqiqətə uyğun olmayan məlumatlar yayır. O, Ermənistanın minalanmış ərazilərin tam xəritəsini təqdim etməkdən imtina etməsinin müharibə cinayəti olduğunu vurğulayaraq qeyd edib ki, son dövrlərdə 140-dan çox şəxs Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində həlak olub və yaralanıb. Bunların sırasında hərbi qulluqçularla yanaşı mülki şəxslər də olub. Təkcə Ağdam rayonunda Ermənistan tərəfindən 97 min tank və piyada əleyhinə mina basdırılıb. 30 il ərzində Ermənistanın işğalı altında qalan digər şəhər və rayonlarımızda da vəziyyət eynidir. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana minalanmış ərazilərin xəritəsini təqdim etməsi üçün təzyiq göstərməli, ondan müharibə cinayətlərinə son qoymasını tələb etməlidir.
Səmimi qəbula və ətraflı məlumatlara görə minnətdarlığını bildirən AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, məruzəçi Pol Qavan hazırlayacağı hesabatın obyektiv və ədalətli olmasına çalışacağını bildirib. O bu məruzənin humanitar məqsədlər daşıyan sənəd olacağını vurğulayıb. Məruzəçi ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlər barədə də danışıb və bu görüşlərdə aparılan fikir mübadiləsini müsbət qiymətləndirib.
Pol Qavan Azərbaycanın AŞ ilə əməkdaşlığını yüksək qiymətləndirərək vurğulayıb ki, ölkəmizin öz öhdəliklərinə münasibəti və icrası təqdirəlayiqdir. O, bu görüşdə qaldırılan bir çox məsələlərin hesabatda əksini tapacağını da sözlərinə əlavə edib.
Görüşdə həmçinin Milli Məclislə AŞPA arasında münasibətlərə dair də fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi