Bakının 3 rayonunda geniş əməliyyat: saxlanılanlar var - FOTO
26-07-2021 [15:28]
Bakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar həyata keçirilib. Əməliyyatlar paytaxtın Xəzər, Nəsimi və Binəqədi rayonlarında baş tutub.
Mia.az DİN-ə istinadla xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də, paytaxtın digər rayonlarında psixotrop maddə olan “patı”, “şüşə” adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar həyata keçirilib. Əvvəlcə Mərdəkan qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Qəmbər Əliyev, qardaşları İmamverdi və Əliqəmə saxlanılıblar. Onların qəsəbə ərazisindəki evlərinin həyətinə baxış zamanı çəkisi 27 kiloqram olan 35 ədəd çətənə kolu, evdən isə 5 qram marixuana, 29 qram heroin, 9 qram metamfetamin və metadon həbləri aşkar edilib. Qəmbər Əliyev ifadəsində qardaşları ilə birgə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər tədbirlər zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Emil Heydərov və onun şəbəkəsinə daxil olan 12 nəfər şəxs saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Emil Heydərov müxtəlif yollarla əldə etdiyi narkotik vasitlərin Xəzər rayonu ərazisində bu şəxslərin köməkliyi ilə satışını təşkil edib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Şamaxinka” ,“Papanin” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha 6 nəfər tutulub.
Belə ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Əflatun Qəmbərov, Qurban Həsənov, Asif Məmmədli, Roman Həsənov, Tural Qarayev və Zeynal Rufullayev tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı külli miqdarda hazır bükümlərdə satış üçün nəzərdə tutulan heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Onlar izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə Binəqədi qəsəbəsində psixotrop maddələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Quliyev saxlanılıb. Onun üzərinə və qəsəbə ərazisində yerləşən evinə baxış zamanı 1 kiloqranm 240 qram metamfetamin, 6 qram heroin və tiryək aşkar olunaraq götürülüb. Araşdırma zamanı onun Binəqədi rayonu və ətraf ərazilərdən müxtəlif vaxtlarda 20-yə yaxın ayrı-ayrı evlərdən oğurluqlar etdiyi də məlum olub. Ramil Quliyevin yaşadığı evə baxış zamanı oğurluq yolla əldə etdiyi məişət əşyaları da aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Xəzər, Nəsimi və Binəqədi Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi