Lukaşenko: "Azərbaycanla münasibətləri qoruyub saxladıq və inkişaf etdirdik"
26-07-2021 [14:16]
"Azərbaycan və Belarus münasibətləri nəinki qoruyub saxladı, hətta inkişaf etdirdi".
BELTA xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə diplomatik missiyasının başa çatması münasibətilə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul edərkən bildirib.
Prezident iki xalq arasında mehriban və sıx dostluq münasibətləri qurulduğunu vurğulayıb.
“Biz tez-tez bunu “qardaşlıq münasibətləri” adlandırırıq. Bu, Sovet İttifaqı dövründən qalma yaxşı münasibətlər nümunəsidir: bir vaxtlar biz eyni dövlətin tərkibində olarkən yaxşı, gözəl münasibətlərimiz var idi. Biz bu münasibətləri nəinki qoruyub saxladıq və inkişaf etdirməyə nail olduq. Təbii ki, sizin də bu işdə payınız az deyil. Siz xalqımızın əsl dostusunuz. Ümid edirəm ki, bundan sonra harada işləməyinizdən asılı olmayaraq, Belarus hər zaman qəlbinizdə qalacaq”, - A.Lukaşenko görüş zamanı deyib.
O, Belarusda baş verən mürəkkəb proseslərə anlayışla yanaşdığına görə azərbaycanlı diplomata minnətdarlığını bildirib.
Prezident həmçinin Belarus tərəfinin ötən il Azərbaycan və Ermənistan arasında kəskinləşmiş münaqişədən narahatlıq keçirdiyini söyləyib: “Əsasən Azərbaycanın və Prezidentinizin tutduğu mövqe sayəsində vəziyyəti sabitləşdirməyə və mövcud problemlərin sülhlə həlli yoluna gəlməyə nail oldunuz. Əlbəttə, sülhə aparan yol hələ indi başlayır. Həm erməni, həm də Azərbaycan xalqı sakit, dinc həyata layiqdir”.
Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişafı haqqında danışarkən A.Lukaşenko Belarusun hər zaman texniki və texnoloji yardım göstərməyə hazır olduğunu, Belarusa karbohidrogen xammalının tədarükünə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Səfir Lətif Qəndilov Azərbaycan və Belarus münasibətlərinin möhkəm əsasa malik olduğunu, qarşıya vacib məqsədlər qoyduqlarını bildirib: “Bu illər ərzində qarşıya qoyulan bütün məqsədlərə çata bildik. Aramızda həll edilməmiş məsələlər, həll edilməmiş problemlər yoxdur. Belarus bizim üçün qardaş dövlətdir"/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi