01-02-2014 [16:25]
Bu gün "Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyində "Azərbaycan Gənclər Fondu: nailiyyətlər və perspektivlər” mövzusunda elmi seminar keçirilib. Seminarın qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun "Strateji planlaşdırma və beynəlxalq əlaqələr” sektorunun müdiri Orxan Ərəbov olmuşdur.
"GEAD” İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı tədbiri giriş sözü ilə açaraq seminar iştirakçılarını İctimai Birliyin fəaliyyəti, gördüyü işlər haqqında və seminarın mahiyyəti ilə bağlı geniş məlumat vermişdir. Daha sonra M. Babaşlı "Azərbaycan Gənclər Fondu: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən seminarın əhəmiyyəti barədə gələn qonaqlara məlumat verdi. Qeyd olundu ki, Azərbaycan Gənclər Fondu prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, Fərmanı ilə yaradılıb və Cənab Prezident tərəfindən təsdiq olunmuş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində təhsilimiz və gənclər üçün əhəmiyyətli işlərin görülməsi istənilmişdir. İnanırıq ki, Azərbaycan Gənclər Fondu fərmandan irəli gələn tələbləri böyük bir məsuliyyətlə həyata keçirir və bundan sonra da faydalı işlər görməyə davam edəcəkdir.
Sektor müdiri Orxan Ərəbov seminara dəvət olunduğu üçün İctimai Birliyin rəhbərliyinə təşəkkürünü bildirdi və seminar iştirakçılarını salamladı. O. Ərəbov "Azərbaycan Gənclər Fondu: nailiyyətlər və perspektivlər” mövzusunda belə bir seminarın keçirilməsinin çox əhəmiyyətli olduğunu bildirərək Gənclər Fondunun fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi. O. Ərəbov Gənclər Fondunun qısa bir müddət ərzində bir sıra əhəmiyyətli məsələləri həll etdiyini bildirərək, fondun yerli və regional layihələrlə yanaşı, bir sıra beynəlxalq layihələri də maliyyələşdirdiyini, beynəlxalq layihələrdə tərəfdaş qismində çıxış etdiyini və gənclərin, xüsusilə, elmi tədqiqatlarına dəstək verdiklərini bildirdi. Daha sonra Fondun İstanbulda keçirilmiş "Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu”, Vyanada keçirilmiş "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” və "Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forumlardan və bu kimi digər böyük miqyaslı beynəlxalq tədbirlərə də Gənclər Fondu dəstək verdiyini qeyd etdi.
O. Ərəbov nitqinin sonunda: "Gənclər Fondu məhz gənclər üçün fəaliyyət göstərir və gənclərin ideyalarının, təşəbbüslərinin dəstəklənməsi bizim üçün başlıca amildir. Buna görə də, gənclərimizi fəal olmağa, ölkəmizin işıqlı gələcəyi üçün dayanmadan çalışmağa çağırıram”.
Səmimi şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran Orxan Ərəbov onlara mövzu ilə bağlı dəyərli tövsiyələrini verdi. Görüşün sonunda GEAD İctimai Birliyinin sədri dosent M. Babaşlı səmimi keçən görüş üçün Orxan Ərəbova təşəkkür etmişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi