RAMİZ MEHDİYEVİN MƏKTUBU ETİRAZ DOĞURDU, PROFESSORDAN SƏRT REAKSİYA: "Məni çörəklə imtahana çəksəniz də..."
24-07-2021 [23:23]
İdris ABBASOV,
AMEA Dilçilik İnstitutunun professoru
***
Dünən qocalıb əldən düşmüş noutbukumu ustaya təmirə vermişəm. Deyəsən, düzələn zibil deyil. Müvəqqəti olaraq qonşunun noutbukundan istifadə edirdim. Qonşuya lazım olduğundan noutbukunu geri aldı. Ona görə də, telefonda ətraflı yaza və R.Mehdiyevin mənə “qayğısı”nı izah edə bilmədim. Haqqımda hüsnü-zəndə olduğunuz üçün hamınıza minnətdaram. Uca Allah yar və yardımçınız olsun!!
R.Mehdiyev mənə ünvanlandığı cavabda yazır: "Azərbaycan elminin inkişafındakı xidmətləriniz, xüsusilə türk-tatar dilinin, Azərbaycan dilinin qrammatikası üzrə elmi-tədqiqat sahəsindəki uğurlu fəaliyyətiniz AMEA tərəfindən təqdir edilməkdədir”.

Professor İdris ABBASOV
O, mənzil-məişət şəraitimin yaxşılaşdırılması məqsədilə MTK-ya müraciət etməyimi, Saray qəsəbəsində yerləşən, kvadratı 450-500 AZN olan çoxmənzilli yaşayış binalarından mənzil almağımı tövsiyə edir. Bərəkallah! Əslində, herantologiya maraqlı elmdir. Heyf ki, vaxtım və imkanım yoxdur...
Problemə “Toxun acdan xəbəri yoxdur” prinsipi ilə yanaşan cənab R. Mehdiyev ağlına sığışdıra bilmir ki, haqqı yeyilən, institutdakı büdcədağıtma əməliyyatını ifşa etdiyinə görə 5 ildir təqiblərə, psixoloji təsirlərə və təzyiqlərə məruz qoyulan, elmi fəaliyyəti bu gün R.Mehdiyevin etdiyi kimi “təqdir edilən”, üzdə ictimaiyyətə təriflənib arxada burunlanan, 584 AZN maaş alan, rüşvətdən, büdcə talançılığından, alverdən uzaq olan İdris Abbasov o mənzili necə alar və şəraitini necə yaxşılaşdıra bilər?
Maddi ehtiyacın nə olduğunu bilməyən akademiya prezidentinə çatmır ki, İ.Abbasov özünə bir noutbuk belə ala bilmir. Abbasovun, maddi meydanı işğal etmiş akademiklərin övladlarından qat-qat istedadlı, orta məktəbi təzəcə bitirmiş övladı ehtiyac üzündən təhsilini davam etdirməyi düşünə bilmir, kiçik fəhləlik işi ilə ailəyə cüzi kömək göstərməyə səy edir, akademikinki isə anadangəlmə ali məktəb tələbəsi, univeristet məzunu, nazir, məmur, oliqarx, səfirdir.
Cənab Ramiz Mehdiyev, siz ehtiyacın nə olduğunu bilirsinizmi? Pulunuz o qədər çoxdur ki, yerli auditoriya ilə manipulyasiya etmək üçün bir kitabınızı az qala yüz dilə tərcümə elətdirib çap etdirirsiniz. Mən isə nəinki “təqdir” etdiyiniz milli-mənəvi abidəmizi çap etdirə bilmirəm, həmçinin uşaqlarım bəzən ac da, paltarsız da, tibbi köməksiz də qalır. Təki siz və sizin övladlarınız, ətrafınız yaşasın, deyilmi?!
Biz quldarlıq ictimai-iqtisadi formasiyasının qaydaları ilə razılaşan, sizə xidmət edən qara qullarıq! Çünki siz dövlətə “xidmət” edib qəsrlər, imarətlər fəth edirsiniz, biz isə Vətən, dövlət uğrunda canımızdan keçməyə hazır olan, oğurlamayan, dağıtmayan, bu xalqa, millətə, dövlətə nifrət etməyi bacarmayan “bacarıqsız və ağılsız kölələr”ik. Əlbəttə, biz ac qalmalıyıq, özümüz də, uşaqlarımız da ehtiyac içində qıvrılmalı, ümidsiz halda ölümümzü gözləməliyik. Sizin övladlarınız isə məmur, alim, akademik, nazir, səfir doğulduqları üçün əbədi müqəddəslik suyu ilə vəftiz olunublar. Bircə ona sevinməliyik ki, bizi öz qızıl unitazlarınıza diri-diri qurban kəsmirsiniz, sadəcə, iqtisadi blokadaya salıb sakit yolla öldürürsünüz, yəni bu dünyadan öz xoşuna köçməyə razılaşdırırsınız.
Sizin və sizinlə yaxın olan akademik həmkarlarınızın itlərinin də, pişiklərinin də şəraiti var. Kitablarını “təqdir” etdiyiniz İdris Abbasov və övladları doğma Vətənində sizin ucbatınızdan zülm çəkirlər. “Azərbaycan elminin inkişafındakı xidmətlərini təqdir” etdiyiniz İ.Abbasov və ailəsi sayənizdə minimum həyat keyfiyyətlərindən, tibbi xidmətlərdən yararlana, dərmanlarını ala bilmir, Siz isə eyş-işrət, yağ-bal içində üzür, hətta böyük israfçılıqlar edirsiniz. Üstəlik, qayğı və məsuliyyətdən uzaq, vecinizə almadan Saray qəsəbəsində pul ödəyib ev almağımı da məsləhət görürsünüz. Bu dərəcədə impatiya hissindən məhrum olduğunuzu ağlıma belə gətirə bilməzdim. Nə böyük lütf edirsiniz, möhtərəm akademik! Məgər siz deməsəydiniz, biz şəhərdə ev satıldığını bilmirdik? Bu, nə qayğıdır?! Ələ salırsınız?
Ələ salamaq ömrünüzə ömür qatırsa, eybi yoxdur, edin! 4 nəfərlə yaşadığımız 29 kvadratlıq mənzil bizə yetər. Mən sizin kimi möhtəşəm qəsrlərdə yaşamağa vərdiş etməmişəm. Sözün əsl mənasında Azərbaycana xidmət edən vətəndaşın düşdüyü vəziyyətə sevinməyinizə, ironiya etməyinizə heyranam! İroniya etmək, sevinmək ömrü uzadırsa, onu da edin! Möhkəm-möhkəm sevinin!
Qeyd edim ki, cənab R. Mehdiyev mənzil şəraiti ilə bağlı məsləhətindən başqa, ərizədə qeyd etdiyim dövlət əhəmiyyətli faktlara heç bir reaksiya vermir, Dilçilik İnstitutunda mənimsənilən milyonlar və təkcə son 5 ildə ayrılan yüz minlərlə qrantın, saxta kitablara xərclənən dövlət vəsaitinin taleyinə aydınlıq gətirmir. Çünki onların altından baş akademikin yaxın dostları və məsləkdaşları, ünlü akademik və professorların adları çıxır.
Deməli, möhtərəm akademik ərizədə göstərdiyim son dərəcə dövlət əhəmiyyətli məsələlərə münasibət bildirmək əvəzinə, elmi-tədqiqat sahəsindəki uğurlu fəaliyyətimi “təqdir” edir, MTK-dan ev almağı təklifləyir. Bu da AMEA və onun funksional prezidenti!
P.S. Əziz dostlar! Praktik müşahidələrim əsasında akademik mühitdə çox əzazilliklərin, oyunların şahidi oldum. Neçə illərdir ki, Dilçilik İnstitutunda qılıncının dalı, qabağı kəsən, arxalı akdemiklərlə – akademik Ramiz Mehdiyevin yaxın silahdaşları İsa Həbibbəyli, Möhsün Nağısoylu və onların çoxsaylı dəstəsi ilə üz-üzə gəlməyim bir çox həqiqətləri mənə əyan etdi.
Rastlaşdıqlarımdan, gördüklərimdən, mənə qarşı edilən təqib və təzyiqlərdən, həm də eşitdiklərimdən aydın oldu ki, bu vəzifəli və titullu alimlər, onların Prezident Administrasiyasındakı və dövlət orqanlarındakı havadarları hasil etdikləri bilik və siyasi təcrübələrini, maliyyə güclərini özlərini zati-müqəddəs kimi qələmə verməyə və bütün problemləri ustalıqla ölkənin birinci şəxsinin üzərinə yönəltməyə həsr ediblər. Bu siyasət onların ortalığı qarışdırıb siyasi-iqtisadi gücə çevrilmələrinə, öz çevrələrini genişləndirməyə imkan verib. Vaxtilə Əli Həsənov (PA-nın sabiq şöbə müdiri), Abel Məhərrəmov, Misir Mərdanov, Akif Əlizadə, Arif Mehdiyev, Fatma Abdullazadə, hazırda Möhsün Nağısoylu, İsa Həbibbəyli və Ramiz Mehdiyevə etdiyim yazılı və şifahi müraciətlərdə onların ölkə başçısından “narazı kəsim” yaratmaq “ustalıq”larını kəşf etdim. Çox zərərli və dövlətin mövcudluğu üçün qorxulu tendensiyadır. Allah kəssin belə nankor peşəkarlığı! Məqsəd Azərbaycan Prezidenti ilə namuslu xalq arasında uçurum yaratmaq və öz xeyirlərinə yararlanmaqdır. Ölkə daxilində və xaricində bəzi qüvvələrin ölkə başçısını hədəf almaları təsadüfi deyildir və onun kökünün daxildəki akademik ustadlara gedib çıxdığını inkar etmək olmur. Bu, mənim gəldiyim son qənaətdir. Nə olur-olsun, qıcıqlandırmaq, narazı salmaq və problemlərin səbəbkarı kimi özlərini yox, ölkə başçısını nişan vermək. Mənim düşüncəmə görə, hökmdarı təhqir olunan xalq ikiqat təhqir olunur. Xalqın akademik təhqirolunma prosesinin şirnikləşdirilməsi milli mənəviyyatın məhvinə yönəlib.
Cənab akdemiklər – İsa Həbibbəyli, Ramiz Mehdiyev, Möhsün Nağısoylu və onların məsləkdaşları! Bilin və agah olun! Nə qədər ictimaiyyət arasında tərifləyib (İdris Abbasov “dünya şöhrətli alim”, “təqdir edirəm”, “iki institutun işini görüb”), arxada faktik olaraq haqqımı yesəniz, məni çörəklə imtahana çəksəniz, mənəvi-psixoloji təzyiqlərə və təqiblərə məruz qoysanız da, əməllərinizə görə ölkə başçısını ittiham etməyəcək, arzunuzu gözünüzdə qoyacağam, qanunsuzluqlarınızı, qeyri-səmimiliyinizi üzünüzə deyəcəyəm, ictimaiyyətə bəyan edəcəyəm. Hər kəsin pis niyyəti öz başında çatlayacaq!
Görün, hökmdarın və xalqın təhqir olunmasına qarşı bir akademik səsini çıxarırmı? Çıxarmayacaq da. Xalqa və onun rəhbərinə edilən təhqirlər onların çörəyinə bal-qaymaq yaxır. Keflərindən qalmayan və neçə-neçə hökmdarları yola salan bu “möhtərəm” akademiklər özlərini hamıdan çoxbilmiş və ağıllı sayırlar. Sanki bu ölkənin yeməyindən, varidatından savayı, başqa problemlərin laübalı həyata adət etmiş akademik haramgirlərə aidiyyəti yoxdur!
Qeyd. Ərizəmə cavabı AMEA İşlər idarəsinin müdiri vəzifəsini icra edən Fikrət Əliyev imzalayıb.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi