DYP hədələdi, Rəqsanə qızı ilə bağlı geri çəkildi - Açıqlama

img

31-01-2014 [15:45]


Bir neçə gün əvvəl mətbuatda müğənni Rəqsanə İsmayılovanını qızı Aysunun yazılan fikirləri birmənalı qarşılanmayıb. 

Xatırladaq ki, bir neçə gün əvvəl mediada Aysun İsmayılovanın yol hərəkəti qaydalarını pozduğu halda, anasının adından istifadə edərək DYP əməkdaşları tərəfindən sərbəst buraxıldığını qeyd olunub: ""Polis məni saxlayanda anamın adını verirəm, buraxırlar". 

Bu açıqlamaya Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqədar şöbəsinin rəisi Vaqif Əsədovdan açıqlama gəlib. O, ictimaiyyətin tanıdığı xanımlara yol hərəkəti qanunlarını pozduğu halda cəriməsiz, xəbərdarlıqla buraxıldığını bildirməklə, eyni zamanda sərt danışıb: "Bundan kimsə istifadə edib və bu mövzunu gündəmə gətirirsə, onlar bundan sonra bərk cəzalanacaqlar”.

DYP-dən gələn bu aşıqlama isə müğənnini, deyəsən, möhkəm qorxuya salıb.

Mia.az anspress-ə istinadən xəbər verir ki, Rəqsanə qızı Aysunun sözlərindən çox narahat olub: 

"Aysunun avtomobili və sürücülük vəsiqəsi yoxdur. Ona görə də, hələki maşın sürmür. Getdiyi yerlərə bacım oğlu aparır. Həmin avtomobildə ciddi xətalar törətməyib, çünki sürücünün təcrübəsi olduğu üçün qızımı ona etibar edirəm. Yol polisi kiçik səhvlərə görə saxlayıb və bu zaman Aysun belə bir ifadə işlədib. Bu da hər dəfə baş vermir. Yol polisi bir sənətçi kimi məni də tanıyır. Mənim də efirə və ya tədbirə tələsdiyim vaxtlarda yol hərəkətini pozmuşam və pratokol tərtib olunub, cəriməmi ödəmişəm. O demək deyil ki, mənə və ya qızıma hər dəfə güzəşt olunmalıdır. Qanunlarımızı bilirik və buna tabeyik"- deyə Rəqsanə xanım açıqlama verib.

Sənətçi eləcə də qeyd edib ki, Aysun sadəcə Azərbaycan xanımına göstərilən hörmətdən söz açıb. Güzəşti hər bir xanım üçün göstərilə bilər. Bu da mentalitetimizdən, zəif cinsin nümayəndəsi olmağımızdan irəli gəlir. Qanunu pozan şəxsi cəzalandırmaq isə səlahiyyətli şəxslərin səlahiyyətindədir. Sonda isə ifaçı hər kəsdən xahiş edib ki, övladının və onun adından deyilən kiçik bir söz şişirdilib, ictimailəşdirilməsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA