Bakıda qar və çovğundan qorunmaq üçün sığınacaqlar - SİYAHI

img

31-01-2014 [15:36]



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kəskin hava şəraitinin hökm sürməsi ilə əlaqədar paytaxt Bakıda müvəqqəti sığınacaqlar təşkil edib. 

Nazirlik tərəfindən təşkil edilən sığınacağlar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

1. Nərimanov rayonu, Yaşıl bazarının yanı, Xətai prospekti 11;
2. Nəsimi rayonu, Nəsimi bazarının yaninda, Süleyman Rüstəm küçəsi 69;
3. Nizami rayonu, Xalqlar Dostluğu metro stansiyasının yanında, Q.Qarayev küçəsi 118;
4. Xətai rayonu, Baki kinoteatrının qarşısı, Sarayev küçəsi 20;
5. Yasamal rayonu, Xiyabani küçəsi 211.

Məlumat əldə etmək üçün 142 etimad telefonuna müraciət etmək olar. Sığınacağlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunacaq.

Öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və dıgərləri bu xidmətdən istifadə edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA