Zakir Həsənov daha bir sensasiyalı təyinat imzaladı

img

31-01-2014 [15:07]


 Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanovun həbs edilərək istintaqa cəlb edilməsi haqda yayılan xəbərlər həqiqəti əks etdirmir.

Mia.az "Axar.az”a istinadən xəbər verir ki, Şahin Sultanov məzuniyyətə göndərilib, məzuniyyətdən qayıtdıqdan sonra isə işdən çıxarılacaq. Bu müddət ərzində onun səlahiyyətlərini müvəqqəti olaraq HDQ-nin qərargah rəisi 1-ci dərəcəli kapitan Yunus Məmmədov icra edəcək.

Məlumatda o da bildirilir ki, Şahin Sultanovdan sonra onun vəzifəsinə müəyyən zaman kəsiyində Azərbaycan cəmiyyətində geniş müzakirələrə səbəb olan və heç də birmənalı qarşılanmayan şəxsin təyin edilməsi müzakirə mövzusudur. Amma onun işlədiyi sahənin mütəxəssisi olmasını nəzərə alan Müdafiə Nazirliyi bu təyinata yaşıl işıq yandırıb. Nazirliyin yüksək ranqlı zabitləri arasında aparılan müzakirələrindən sonra məsləhət görülüb ki, onun bilik və bacarığından istifadə edilsin. Hələlik Şahin Sultanovun yerinə təyin ediləcək zabitin kimliyi gizli saxlanılır. Bu təyinat haqda yaxın vaxtlarda dəqiq məlumat daxil olacaq.

Xatırladaq ki, Müdafiə Nazirliyi yanvarın 30-da verdiyi məlumatda Şahin Sultanovun istefaya göndərilməsi xəbərini təkzib edib. "Minval.az” saytının bu gün verdiyi xəbərdə isə Şahin Mustafayevin həbs edilərək məsuliyyətə cəlb edildiyi bildirilir.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA