Azərbaycanda ən çox qar yağan bölgələr - Siyahı

img

31-01-2014 [14:48]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisindəki faktiki hava şəraiti ilə bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, əvvəlcədən xəbər verdiyi kimi yanvarın 30-dan başlayaraq və yanvarın 31-də ölkə ərazisində hava şəraiti daha da kəskinləşib. İntensiv və güclü qar yağıb, şaxta qeydə alınıb. 

Qar örtüyünün hündürlüyü Nabranda 52 sm, Sarıbaşda 26 sm, Lənkəranda 23 sm, Lerikdə 21 sm, Altıağacda 19 sm, Qubada 18 sm, Qubanın dağlıq ərazilərində 15-19 sm, Göygöl, Oğuzda 17 sm, Yardımlıda 16 sm, Şəki, İsmayıllıda 12 sm, Göytəpədə 11 sm, Kəlvəz, Xaçmaz, Qəbələdə 10 sm, Göyçay, Xınalıq, Cəfərxanda 8 sm, Şamaxı, Kişçay, Ağdərədə 6 sm, Sabirabad, Gədəbəydə 4 sm, Ordubad, Tərtər, Zərdab, İmişli, Salyanda 3 sm, Mingəçevir, Tovuz, Zaqatala, Gəncədə 2 sm, Bakıda 16 sm, Pirallahı, Maştağada 4 sm təşkil edib.

Şimal küləyi bəzi ərazilərdə güclənib, çovğun olub. Havanın minimal temperaturu Abşeron yarımadasında 3-5, Aran rayonlarında 2-5, dağlıq rayonlarda 5-8, Naxçıvan MR-da 0-5 dərəcə şaxta təşkil edib.

Yanvarın 31-də çox əlverişsiz, güclü küləkli, şaxtalı və qarlı hava şəraitində, eləcə də fevralın 1 və 2-də gecə saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA