TÜRKİYƏ TALİBANLA ÜZ-ÜZƏ: 2 tarixi dövlətin bağı, yoxsa 1500 din xadiminin cihadı... - Türk əsgərlərini Kabildə nə gözləyir? - TƏHLİL
20-07-2021 [23:05]
Hazırda Kabil hava limanın təhlükəsizliyini amerikalılardan təhvil almaq istiqamətində ciddi danışıqlar gedir, demək olar ki, bu hava limanını götürməik üzrəyik. Belə bir vəziyyətdə əsgərlərimizin Taliban qüvvələri ilə üz-üzə gəlmə ehtimalı var, qaçılmazdır.
2001-ci ildə ABŞ-ın Əfqanıstandakı bombardmanlarından sonra, hakim olduğu əraziləri yerli hökumətə buraxmaq məcburiyyətində qalan "Taliban", bu gün sürətlə vaxtı ilə itirdiyi ərazilərə doğru irəliləyir və həmin bölgələri bir-bir geri alır. Görünən odur ki, NATO qüvvələrinin tam çəkilməsindən sonra Taliban artıq paytaxt Kabula da girəcək və bundan sonra onların yalnız bir hədəfi olacaq: hava limanı!
Yaxşı, məhmətcik və "Taliban"çılar hava limanında üz-üzə gəlsələr, nə olacaq?

Narahatlıqlar bu nöqtədə düyünlənir, ancaq Əfqanıstan məsələsinin başqa bir tərəfi də var:
Son zamanların dəbi olan strateji təhlillərə və beyin fırtınası metodlarına girmədən sizə deyim: bu gün Türkiyədə bir çox insana çox uzaqda görünən Əfqanıstan, hətta başqa bir dünyada sirli, lakin qanlı və gözyaşardıcı bir bölgə xalq baxımından yaxın deyil, ancaq torpaqları baxımından yaxın bağımız var. Belə ki, bu gün də Prezident iqamətgahındakı 16 ulduzdan ikisi Əfqanıstanda keçmişdə hökm sürənTürk dövlətlərini təmsil edir!

Paytaxt Kabilin cənubundakı Qəzni ilk Türk dövlətlərindən birini quran Mahmudun paytaxtıdır və Mahmud tariximizdə "Qazneli Mahmud" olaraq adlandırılır.
Talibanın əməliyyatları zamanı adını tez-tez eşitdiyimiz Herat isə 1402-ci ildə Ankara savaşında Yıldırım Bəyazidi pərişan edən Teymurləngin imparatorluğu dövründə Səməqəndlə bərabər, paytaxt olub. Teymurləngin oğlu Şahruh Mirza burada hökmranlıq sürüb, o zaman bu şəhər əsrlərlə İslam dünyasının ən parlaq mədəniyyət mərkəzlərindən biri olub, amma sonra bo üstün mövqeyi itirib
Türkiyə ana dilləri türk olan Qəznəvilər və Teymurilər olan bu dövlətləri “özündən” qəbul etdi və bu iki dövlətin indi Prezident sarayında hər biri bir ulduzla təmsil olunur.
Başqa yöndəin ifadə edim: Prezident sarayında keçmişdə qurulmuş 16 Türk dövlətini təmsil edən 16 ulduz var; bu ulduzlardan ikisi Qəznəli Mahmud və Teymur tərəfindən qurulan və hazırda paytaxtları Əfqanıstanda olan dövlətlərə aiddir. Üstəlik mədəniyyətimizin çox əhəmiyyətli ismi olan Mövlana Əfqanıstanın Belh şəhərində anadan olub və oradan Anadoluya gəlib ...

Bəqərə surəsi və Cihad ...
Məsələnin narahatlıq doğuran tərəfi, keçən çərşənbə axşamı günü Talibanın Türkiyəyə verdiyi səkkiz maddəlik təhdid mesajıdır ...
"Əfqanıstan İslam Əmirliyi Mədəniyyət İşləri Komissiyasının ofisi tərəfindən yayımlanan açıqlamada, Əfqanıstan İslam Əmirliyi və Əfqan xalqının Müsəlman Türk xalqı ilə tarixi, mədəni və dini əlaqələri olduğu deyildikdən sonra, Türkiyədən Əfqanıstanda əsgər saxlama qərarından əl çəkməsi istənilib, daha sonra Türkiyə təhdid edilib. Bu zaman isə (Hicri tarixi ilə 1422) 2001-ci ildə 1500-ə yaxın tanınmış alimin verdiyi fətvaya görə Türkiyənin cavab veriləcəyi xüsusu vurğulanıb...

Bu, bəyannamədəki ən vacib məqam budur, burada "Hicri 1422"-dən bəhs olunur, yəni 22 sentyabr 2001-ci il tarixində yayımlanan fətva ...
Fətva Amerika prezidenti, oğul Buşun Əfqanıstanda olan Üsamə bin Ladenin təhvil verilməyəcəyi təqdirdə Əfqanıstana qarşı hərbi əməliyyat keçiriləcəyini elan etməsindən sonra verilib. Taliban, Buşun təhdidinə qarşı Əfqanıstan üləmasını təşkil edən 1500-ə yaxın din xadimini bir araya gətirdi və Üləma 21 sentyabrda Bin Ladenə "öz istəyi ilə Əfqanıstandan ayrılmasını" tövsiyə edib. Ancaq prezident Buş bu tövsiyyə ilə razılaşmadı. Məhz bu səbəbindən ertəsi gün cihad fətvası verildi..
Fətvanın əsası Bəqərə surəsinin 191-ci ayəsi idi və bu ayə İslamın müharibə ilə bağlı ən vacib hökmlərindən biri idi: “Sənə qarşı vuruşanları tutduğun yerdə öldür. Sizi çıxardıqları yerdən çıxarın. Fitnə adam qətlndən də betərdir. Məscidül-Həramda sizinlə vuruşmadıqca, onlarla vuruşmayın. Əgər sizə qarşı müharibə etsələr, onları da öldür. Kafirlərin cəzası budur!”.

Əfqanıstandakı Taliban hərəkatının illərdir davam edən mübarizəsi bu fətva üzərində qurulmuşdu, amma indi bizim üçün fərqli və təhlükəli bir dönəmdəyik: bir tərəfdən əsrlər boyu qurduğumuz və Prezident sarayında iki fərqli ulduzla təmsil olunan dövlətlərin məkanı olduğu Əfqanıstan, digər tərəfdə bizə qarşı bir fətva və bu fətva əsasında başlaya biləcək cihad təhdidi var ...
Budur təzə, nurtopu kimi problem!
Mirad BARDAKÇI,
Haberturk.
Tərcümə Mia.az-a məxsusdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi