Nazir Şeyxin qohumunu ağır ittihamla "vurdu"

img

30-01-2014 [16:25]


Xəbər verildiyi kimi, daxili İşlər naziri Ramil Usubovun Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu tutduğu vəzifədən azad edib.

Mia.az "Axar.az”a istinadən xəbər verir ki, M.Mikayılov Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin yaxın qohumudur. Bildirilir ki, uzun müddətdir işində ciddi nöqsanlara yol verməsimə baxmayaraq, işdən kənarlaşdırılmaması da məhz bununla bağlı olub.

Qeyd edək ki, R.Usubov polis polkovnikini küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edib. M.Mikayılovun səlahiyyətlərini hazırda idarənin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərov icra edir. Lakin M.Mikayılovun həm də ötən ilin avqustunda "Duzlu göl” adlanan ərazidə törədilən qətl hadisəsində nöqsanlara yol verdiyi bildirilir. Daha doğrusu, onun uzun müddətdir Suraxanı Rayon Polis İdarəsində araşdırılan həmin cinayət işi barədə düzgün informasiya verməməsi zərərçəkənlərin haqlı narazılığına səbəb olub. Onlar hesab edirlər ki, "Duzlu göl”dəki qətllə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirə biləcək əsas şəxs Suraxanı RPİ-nin keçmiş rəisi Məmməd Mikayılovdur.

Xatırladaq ki, Məmməd Mikayılov "İnterpol"un və Nəsimi Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.

İdarə rəisi hələlik bu informasiyaları nə təsdiq, nə də inkar edəcək heç bir konkret açıqlama verməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA