30-01-2014 [12:42]
Mia.az xəbər verir ki, bu sözlər son vaxtlar Müdafiə Nazirliyində aparılan təyinatlarla bağlı cəmiyyətə və mediaya xəbərlər verən hərbi-ekspert Üzeyir Cəfərovun müraciətində yer alıb. Onun müraciətində daha sonra deyilir:
"Ötən ilin oktyabrından Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilən general-polkovnik Zakir Həsənovun son vaxtlar kadr islahatı adı altında qəbul etdiyi xeyli sayda əmr və qərarların mətbuatda davamlı müzakirəsi, Müdafiə Nazirliyinin rəhbərliyini, başda özündən xeyli razı nazirin özünü, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovu, həmçinin Prezidentin təhlkəsizlik məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev və onların çevrəsində olan çoxsaylı əlaltılarıni hiddətləndirib. Dövlətin ən böyük güc strukturunda ciddi işlərlə məşğul olmalı şəxslər etdikləri qanunsuzluqları və özbaşınalıqları yığışdırmaq əvəzinə mənimlə, ailəmlə bağlı qanundan kənar, insanlıqdan uzaq hərəkətlərə əl atmaq istəyirlər. Mənim və oğlumun ardına öz əlaltılarınızı, cinayət törətməyə hazır olan yaramazları salıb özünüzü rüsvay etməyin. Sizin hələlik vəzifəniz, müxtəlif yollarla əldə etdiyiniz çirkli pullarınızın və imkanlarınızın olmasını mən gözəl bilirəm. Əlinizin altında topunuzun, saysız-hesabsız silah-sursatınızın olmasını da hamı kimi mən də bilirəm. Və tam ciddi demək istəyirəm ki, əgər mənim övladımla, özümlə, ümumiyyətlə yaxın çevrəmlə bağlı hər hansı qanundan kənar hərəkətlərə yol verəcəksinizsə, bunun 3 qat bədəlinin ödəməli olacaqsınız. İndiyə kimi dəfələrlə məni haqqı-ədaləti müdafiə etdiyimə, heç nədən çəkinmədən sözümü deməyimə və yazdığıma görə şərləmək, qondarma cinayət işləri, məhkəmə çəkişmələri açmaq, 2007-ci ilin aprelində həyatıma sui-qəsd etmək, daha sonra şəxsi avtomobilimi yandırmaq və digər yaramazlıqlara əl atılıb.
Gördüyünüz kimi, bütün hədə-qorxulara, şantajlara , qanunsuzluqlara baxmayaraq məni əqidəmdən və tutduğum yoldan heç nə və heç kim çəkindirə bilməyib. 2001-ci ildə mən Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti ola-ola Ermənistana, işğal olunmuş ərazilərimizə çox vacib bir səfərə gedib, dövlətim və xalqım üçün son dərəcə vacib olan hərbi məlumatları da əldə etdim. Bu işlərin canlı şahidləri də var. Həm də Qarabağ savaşının birbaşa iştrakçısı olmuşam. Yəni, ölümün içərisinə girib çıxmış adamam. Burdan adlarını çəkdiyim və çəkmədiyim şəxslərə müraciət edirəm. Yığışdırın özünüzü. Sizə həvalə edilmiş dövlət işinizlə ciddi məşğul olun. Lotuluğunuzu və mənə qarşı planlaşdırdığınız qoluzorluluğu, yaxud mənim fiziki məhvim üçün atmaq istədiyiniz addımları dayandırın. Əgər sözünüz və iradınız varsa, bunu mənə istənilən an sivil qaydada deyə bilərsiniz. Bir də, çox yaxşı olardı ki, adını general qoymuş, çiyinlərində böyük ulduzlar gəzdirən şəxslər kimi hərbə-zorbanızı mənim kimi əli silahsız, ehtiyatda olan zabitə deyil, Azərbaycanı parçalayan qüvvələrə, çevrələrə, ən əsası isə düşmənə göstərəsiniz.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi