Mikayıl Cabbarov yeni şöbə yaradır

img

30-01-2014 [12:41]


Təhsil Nazirliyi tərəfindən ali məktəblərdə diplomların verilməsi prosesinin gecikdirilməsinin qarşısı alınacaq. Lent.az-ın məlumatına görə, TN-nin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev Təhsil Nazirliyində ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və nazirliyin "Qaynar xətt” xidmətinin fəaliyyətinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib ki, hər il nazirliyə müxtəlif ali məktəblərdə diplomların gecikdirilməsi ilə bağlı müraciətlər daxil olur. Onun sözlərinə görə, bunların qarşısını almaq üçün Təhsil Nazirliyinin müvafiq şöbəsində diplomların verilməsi ilə məşğul olacaq yeni sektor yaradılacaq: "Yeni sektorda 2-3 nəfər xüsusi olaraq bu işlərlə məşğul olacaq. Payız imtahan sessiyası bitəndən sonra nazirliyə bu il ali məktəbləri bitirəcək tələbələrin sayı barədə məlumat daxil olacaq. Onların adları sistemdə qeyd ediləcək və diplomlara şərti olaraq yazılacaq. İyun ayında Ali Attestasiya Komissiyasının protokolları tərtib olunandan sonra onlara diplomlar veriləcək. Çalışacağıq ki, bu proseslər 1 ay ərzində başa çatdırılsın. Bu gündən məsələlərin həllinə başlanıb. Yeni sektor diplomların verilməsinin daha şəffaf şəkildə təşkili, bu sahədə daha operativ işlərin görülməsi, burada qeyri-şəffaf halların ortaya çıxmamasına xidmət göstərəcək. İlin əvvəlindən IV kursda təhsil alan tələbələrin sayı barədə məlumat daxil olacaq və artıq tədris ili başa çatana kimi tələbələrin diplomu hazır olacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, ali məktəb tələbələrinə diplomların verilməsi üçün heç bir ödəniş tələb olunmamalıdır. Onun sözlərinə görə, diplomların verilməsi tam pulsuz olaraq həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA