30-01-2014 [12:16]
Baş nazir Artur Rasizadənin Müdafiə Nazirliyində ordunun döyüş hazırlığı ilə bağlı müşavirəyə rəhbərlik etməsi təsadüf deyil.
Rasizadə ictimaiyyətə bir mesaj olaraq Müdafiə Nazirliyinə gəldi və bu mesaj birbaşa ölkə rəhbərliyi ilə əlaqəlidir.
Adının açıqlanmasını məqbul saymayan hərbi ekspertin "Axar.az”a verdiyi məlumata görə, hər iki-üç ildə bir dəfə cəbhədə bu cür gərginlik yaransa da, ilk dəfədir ki, Baş nazirin rəhbərliyi ilə Müdafiə Nazirliyi toplantı keçirir və döyüş hazırlığının vəziyyətinin müzakirə edildiyi barədə cəmiyyətə xəbər göndərilir:
"Əslində, Azərbaycan hakimiyyəti döyüş hazırlığının vəziyyətini kifayət qədər yaxşı bilir və texniki təchizatdan da məlumatlıdır. Bu müzakirənin əsasını isə mümkün müharibə təhlükəsində fövqəladə iş rejiminə keçidlə bağlı hökumətin strukturları ilə qanunvericiliyə uyğun nəzərdə tutulan əlaqənin detallı müzakirəsi təşkil edirdi”.
Bu görüşə Ermənistan mediasının və politoloqlarının reaksiya verdiyini nəzərə çatdıran ekspert erməni tərəfinin açıqlamalarını diqqətlə izləməyi tövsiyyə etdi:
"Əgər diqqət etmisinizsə, erməni rəsmilərinin ictimaiyyətə açıqlaması müharibə olacağı və cəbhədə Azərbaycan Ordusunun maksimal döyüş hazırlığına gətirilməsi ilə bağlı xəbərlərin təkzibinə yönəlib. Bu açıqlamalar birbaşa Ermənistandakı psixoloji xaosdan xəbər verir. Ruh düşkünlüyü və gərginlik erməni toplumunda o qədər acınacaqlı vəziyyət yaradıb ki, Ermənistan rəsmiləri bunu aradan qaldırmaq üçün bir-birinin ardınca açıqlamalar verməyə məcburdurlar. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin Azərbaycan Prezidenti haqqında "millətçi, şovinist” ittihamı irəli sürməsinin də səbəbi erməni toplumundakı qorxunun mənbəyinə çarəsiz hücum cəhdidir. Erməni siyasiləri bu məhkəmə məzhəkəsi ilə öz cəmiyyətinə çatdırmaq istəyirlər ki, beynəlxalq qurum Azərbaycan Prezidentinin "millətçiliyini” diqqətdə saxlayır və bundan narahat olmağa dəyməz. Çünki İlham Əliyevin son illər siyasi-praktik addımları Ermənistanda xüsusi narahatlıq yaradıb”.
Ekspertin sözlərinə görə, faktiki olaraq hazırda həm maddi-texniki, həm də psixoloji üstünlük Azərbaycan tərəfdədir: "Artıq Azərbaycan Ordusunun hücumu haqda xəbərlərin özü belə bir neçə gün öncə Ermənistanın Tavuş rayonunda sərhədyanı üç kəndin dərhal boşaldılması ilə müşayiət olunan vəziyyət yaradır. Ermənistan rəsmiləri bunu "evakuasiya” ilə əlaqələndirdi. Əslində isə vəziyyət tamam başqa cürdür. Sərhəddə yerləşən erməni kəndləri hər an başlayacaq müharibə qorxusu altında adi xəbərdən kəndləri boşaldıb qaçırlar. Ermənilərin hazırkı psixoloji vəziyyəti 1992-93-cü illərdə "rus ordusu yaraqlılarla birgə hücuma keçdi” psixoloji təzyiqi altında yaşayan azərbaycanlılara yaxşı tanışdır. Hazırda həmin durumda ermənilər yaşayırlar”.
Ekspert bu psixoloji hücumun bir an da olsun, dayandırılmamasının vacibliyini və bu üstünlükdən həm hərbi, həm də siyasi manevrlərdə istifadənin zəruriliyini də önə çəkdi: "Elə Artur Rasizadənin Müdafiə Nazirliyindəki görüşünün də arxasında məhz bu məqam dayanır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi