Samir Nuriyevin rəhbərlik etdiyi mərkəzin İşçi Qrupu toplandı: nələr müzakirə olunub?
14-07-2021 [19:54]
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə və Hərbi-mülki əlaqələndirmə məsələləri üzrə İşçi qruplarının iyulun 14-də birgə iclası keçirilib.
Mia.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Füzuli-Zəngilan (Ağbənd) dəmir yolunun Cocuq Mərcanlı və Mehdili kəndlərinin ərazisindən keçən hissələrinin minalardan təmizlənməsi prosesi ilə tanış olublar.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin nümayəndəsi İdris İsmayılov bildirib ki, bu ərazidə ümumilikdə piyada və tank əleyhinə 1323 mina, 14 partlamamış hərbi sursat aşkarlanıb. Ərazilərin minalardan təmizlənməsi üç mərhələdə aparılır.
Füzuli rayonunun işğaldan azad olunmuş hissəsinin əkinaltı torpaqlarının və çoxillik əkmələrinin yerləşmə vəziyyəti barədə məlumat verən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov bildirib ki, bu günədək 24 hektar sahə minalardan təmizlənib. Ümumilikdə 293 hektar sahənin minalardan təmizlənməsi nəzərdə tutulur. Burada əsasən partlamamış sursat, mərmi qalıqları aşkar olunub. Bu günədək 15 mindən çox döyüş sursatı məhv edilib.
Sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə baxış keçirilib. Görülən işlərlə bağlı məlumat verən Füzuli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Məhərrəm Məhərrəmov bildirib ki, indiyədək 178 yanğın hadisəsi baş verib. Yanğınlar dərhal söndürülüb və alovun daha böyük əraziyə yayılmasının qarşısı alınıb.
Sonra Əlaqələndirmə Qərargahının nəzdindəki “Minalardan və partlamamış hərbi sursatlardan təmizlənmə üzrə” və “Hərbi-mülki əlaqələndirmə məsələləri üzrə" İşçi qruplarının birgə iclası keçirilib.
Qərargahın gördüyü işlər barədə məlumat verən Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin sədr müavini Nüsrət Süleymanov bildirib ki, istər minatəmizləmə sahəsində gündəlikdə duran məsələlər, istərsə də mülki əlaqələr üzrə qərarların qəbul edilməsi, həmçinin Prezident İlham Əliyev tərəfindən Qərargahın qarşısında qoyulan tapşırıqlar barədə ətraflı fikir mübadiləsi aparılır. Bu cür iclasların keçirilməsində əsas məqsəd işçi qrupların və üzvlərinin ərazilərdə aparılan işlərlə yaxından, praktiki tanış olmasını, həmçinin işçi qrupların fəaliyyətinin daha səmərəli təşkilini təmin etməkdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi