Prezident Abşeron DOST Mərkəzinin açılışını etdi
14-07-2021 [17:14]
İyulun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzinin açılışı olub.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Əhalinin rifah halının daha da yaxşılaşdırılması, bu istiqamətdə mühüm layihələrin həyata keçirilməsi, ölkəmizdə sosial müdafiə sisteminin etibarlılığının ən yüksək səviyyəyə çatdırılması Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin əsas hədəflərindən biridir.
Fəaliyyətində sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasını rəhbər tutan DOST mərkəzləri qısa zamanda vətəndaşlarımızın etibarını qazanıb. Bu gün bu mərkəzlərin sırasına – Abşeron DOST Mərkəzi də əlavə olunur. Bu, sayca beşinci mərkəzdir.
Sosial xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması Azərbaycanın yeni brendinin spesifik cəhətləri sırasındadır. Yeni Abşeron DOST mərkəzi də özündə bu xüsusiyyətləri tam əks etdirir. Ümumilikdə 445 mindən çox şəxsin dost mərkəzlərinə müraciəti nəticə etibarilə 97,4 faizlik göstərici ilə vətəndaş məmnunluğuna səbəb olub.
Beləliklə, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən və Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST konsepsiyası çərçivəsində istifadəyə verilən növbəti mərkəzdə vətəndaşlarımız məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji xidmət olmaqla, ümumilikdə 152 adda xidmətdən rahatlıqla yararlana bilərlər.
Qeyd edək ki, maraqlı memarlıq layihəsi olan yeni DOST mərkəzində gün ərzində təxminən 400 vətəndaşın qəbul edilməsi üçün hər cür şərait yaradılıb. Bu prosesi 120 nəfərə yaxın işçi heyəti və 50 könüllü həyata keçirəcək.
Dost mərkəzlərinin daha bir əhəmiyyəti həssas təbəqədən olan vətəndaşlara dövlət qayğısını özündə əks etdirməsi ilə bağlıdır. Yaxın iki ay ərzində DOST mərkəzində Prezident İlham Əliyevin bu ilin iyununda imzaladığı Fərmanla yaradılan Vahid Əlaqələndirmə Mərkəzi fəaliyyətə başlayacaq. Burada şəhid ailələrinə və qazilərə yeddi qurum üzrə 26 xidmət göstəriləcək, onların əlavə xərclərə və vaxt itkisinə yol vermədən bu xidmətlərə əlçatanlığı təmin ediləcək
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi