TƏBİB rəsmisindən “Delta” variantı ilə bağlı açıqlama: "Qorunma tədbirlərinə ciddi əməl edin"
14-07-2021 [11:37]
Son vaxtlar bütün dünyada koronavirusun Hindistan, yaxud “Delta” variantı sürətlə yayılmağa davam edir. Bu da dünyada ciddi narahatlıq doğurur.
Azərbaycanda epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.
Ötən gün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunub. Nümunələrdən 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.
Bəs yeni “Delta” ştammının əvvəlki növlərdən fərqi nədir? Hansı əlamətlər özünün büruzə verir? Vətəndaşlar necə qorunmalıdır?
Bütün bu suallara aydınlıq gətirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov “Report” açıqlamasında “Delta” variantına yoluxmuş şəxslərdə adətən ilk olaraq mədə-bağırsaq traktının pozulması halının olduğuna diqqət çəkib.
TƏBİB rəsmisinin sözlərinə görə, klinik həkim müşahidəsi zamanı müəyyən olunub ki, bu ştammların törətdikləri xəstəliklərin özünəməxsus xüsusiyyətləri var:
“Bu ştamma yoluxmuş pasiyentlər adətən, ishal və qarın ağrısından şikayətlənir. Qeyd edilən simptomlar, eyni zamanda baş ağrısı, öskürək, halsızlıq və əzələ ağrısı ilə paralel özünü göstərə bilir. Qusma və hərarətin yüksəlməsi də “Delta” variantının simptomları arasındadır. Dadbilmə, qoxubilmə hissləri bir o qədər zərər çəkmir. Bütün bunlar təbii ki, müşahidələrdir. Ancaq hələ ki, heç bir elmi sübutu yoxdur”.
A.Qurbanov bildirib ki, “Delta” variantının yoluxma qabiliyyəti iki dəfə yüksəkdir: “Virusa qarşı orqanimzdə əmələ gələn anticisimlərə davamlılıq da artıb. Beləliklə “Delta plus” ştammında ikiqat mutasiyaadan söhbət gedir. Ona görə də həm yoluxma qabiliyyəti artıb, həm də orqanizmdə COVID-19-a qarşı əmələ gələn anticisimlərə də bir qədər davamlılıq əldə edilib. “Delta” variantları da COVID viruslarıdır. Bəzən insanlar bunu yeni virus kimi görürlər. Lakin bu belə deyil. Sadəcə viruslar mutasiyaya uğrayır. O səbəbdən insanlar çaşmasın”.
“Delta” variantı uşaq və gənclər arasında xəstələnmə hallarının çoxalmasına səbəb olur” - deyən mütəxəssis əlavə edib ki, ölüm hallarının sayına təsiri ilə bağlı elmi araşdırmalar nəticəsində nəsə demək mümkün olar: “Bizi bir qədər sakitləşdirən hal odur ki, dünyada, eləcə də Azərbaycanda COVID-19-a qarşı istifadə olunan vaksinlər “Delta” variantından qorunmağa imkan verir. Yəni, vaksinlər yeni ştammlara qarşı effektivdir. Ona görə virusların yeni növlərindən qorunmağın yeganə yolu vaksinasiyadır”.
Akif Qurbanov əhalini qorunma tədbirlərinə ciddi əməl etməyə çağırıb:
“Müşahidələrim onu göstərir ki, insanlar arasında arxayınlaşma yaranıb. Çünki qonşu ölkələrlə müqayisədə ən stabil epidemioloji vəziyyət Azərbaycandadır. Gündəlik yoluxma sayının azlığı və ölüm hallarının demək olar ki, yoxluğu buna sübutdur. Bu çox yaxşı göstəricidir və təbii ki, bunu qorumaq lazımdır. Qonşu ölkələrə nəzər yetirsək yoluxma sayında artımlar qeydə alınır. Virusun yeni növlərinin meydana çıxması və qarşıdan payız mövsümünün gəlməsini nəzərə alaraq vətəndaş daha diqqətli olmalıdır ki, yoluxma sayı artaraq səhiyyənin üzərinə yük düşməsin. Pandemiya hələ də davam edir və bunu unutmaq olmaz”.
Qeyd edək ki, bu günə qədər ölkədə 337 456 nəfər koronavirusa yoluxub. Onlardan 330 873 nəfəri artıq sağalıb. Hazırda aktiv xəstələrin sayı 1 595 nəfər təşkil edir. İndiyə qədər virusdan 4 988 ölüm halı qeydə alınıb. Yanvarın 18-dən bu günə qədər Azərbaycanda 4 159 298 doza vaksin vurulub. Onlardan 2 494 551- birinci mərhələ üzrə, 1 664 747-si isə ikinci mərhələ üzrə vaksinasiya olunanlardır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi