29-01-2014 [17:49]
Bir sözlə, piyadanın buraxdığı ani bir səhv ona 20 manata başa gəlir.
Moderm.az saytına danışan
Bakı Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin
rəisi Vaqif Əsədov deyir ki, son dövrdə 139 min piyadaya inzibati
protokol yazılıbsa, bir o qədər də şifahi xəbərdarlıq olunub.
"Etiraf etməliyik ki, yaşlı xanımlara, kişilərə, tələbələrə protokol yazılmayıb”.
Vaqif Əsədov onu da bildirib ki, azərbaycanlıların özünəməxsus düşüncə tərzi var.
"Bu gün paytaxtın yeraltı, yerüstü piyada keçidləri var ki, onlar
nəzarətə götürülüb. Bu keçidlərdə polislər xidmət aparır. Orada nə qədər
polis olmalıdır ki, fit çalıb piyadalara xəbərdarlıq etsin? Məsələn,
"Nərimanov” kinoteatrının qarşısında polis əməkdaşlarımız var. Onlar
bacardıqları qədər fit və "jezla"dan istifadə edib yolu qanunsuz
keçənləri geri qaytarırlar. Elə vətəndaşlarımız da var ki, bu
xəbərdarlıqlara əhəmiyyət vermir və yolu piyada keçidindən istifadə
etmədən keçir. Bu məsuliyyəti yalnız polis əməkdaşlarının üzərinə
yıxmaq düzgün deyil”.
Vətəndaşların yol
hərəkəti qaydalarını öyrənməli olduğunu deyən V. Əsədov hər bir keçidin
yanında polis əməkdaşlarının duraraq vətəndaşlara xəbərdarlıq etməsinin
mümkünsüz olduğunu deyir. Onun sözlərinə görə, bu zaman hər vətəndaşı
xəbərdar etmək üçün hərəyə bir polis əməkdaşının ayrılması gərəkdir.
"Çox vaxt piyadalara xəbərdarlıq edilir. Məsələn, təkcə sadə
vətəndaşlar yox, hətta polis əməkdaşlarının çoxu də piyada keçidindən
istifadə etmədikdə cərimələnirlər. Konkret rəqəmlər deyə bilməsəm də,
belə faktlar var. Mənim özüm də sürət həddini aşdığıma görə radara
düşmüşəm, cəriməmi də ödəmişəm. Hətta qızım da piyada keçidindən
istifadə etmədiyi üçün cərimələnib”.
Bu
arada qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin yaydığı məlumata görə, 2013-cü ildə 77 uşaq yol-nəqliyyat
hadisəsi zamanı həyatını itirib.
Hüquqşünas
Ərşad Hüseynov vətəndaşlarda böyük günah olduğunu deyir. Həmin
keçidlərin piyadaların təhlükəsizliyi məqsədilə tikildiyini bildirən
hüquqşünasın sözlərinə görə, yerüstü keçidlərdə zolaqlar məhz piyadanın
diqqətini çəkmək məqsədi daşıyır. Yəni həmin xətlər piyadanın diqqətini
çəksin və piyada həmin yoldan keçsin.
"Bakıda saysız-hesabsız yol var. Hər bir keçidin qarşısında bir polis əməkdaşını qoymaq mümkün deyil. Amma polis əməkdaşının da gizlənərək vətəndaşın piyada keçidindən istifadə etmədiyini görən anda çıxıb onu cərimələməsi düzgün deyil və qanunsuzdur. Əslində, şəhərin konkret yerləri olmalıdır və oraya polis əməkdaşları təhkim olunmalıdır.
Məsələn, onların iş prosesi belə olmalıdır. Polis ona təkim olunmuş küçədə olan qayda pozuntularına nəzarət etməlidir. Həmin küçədə yol hərəkəti qaydalarını pozan piyadalara xəbərdarlıq etməli yeri gələndə cərimələnməlidir. Bundan başqa insanlar özləri dərk etməlidir ki, yol hərəkəti qaydalarını pozsa, cərimələnəcək və ya ona həyatı bahasına başa gələ bilər. Bu gün bizdə sürücülərlə polis arasında kamera görüntüləri ilə bağlı çəkişmələr olur. Halbuki, dünyanın inkişaf etmiş ölkələrində küçədə polis əməkdaşına rast gəlmək olmur. Piyadaların da hərəkəti kameralar vasitəsilə tənzimlənir. Odur ki, piyadaları eyniləşdirmək olmaz. İlk növbədə vətəndaş piyada keçidlərinin onun təhlükəsizliyi üçün tikildiyini dərk etməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi