“Taliban” Türkiyə hərbçilərini cihadla hədələdi: "Onlara fətva əsasında cavab veriləcək"
13-07-2021 [12:39]
“Taliban” hərəkatı Türkiyəyə hərbçilərini Əfqanıstandan çıxarmaqla bağlı çağırış edib.
Bununla bağlı “Taliban”ın yaydığı bəyanatda bildirilib ki, BMT və beynəlxalq ictimaiyyətin dəstəklədiyi və Türkiyə də daxil olmaqla, əksər ölkələr tərəfindən alqışlanan Doha razılaşmasına əsasən, bütün xarici dövlətlərin qüvvələri Əfqanıstandan geri çəkilir.
“Ancaq razılaşmaya baxmayaraq, Türkiyə hökuməti ABŞ-la razılaşaraq öz hərbi qüvvələrini Əfqanıstanda saxlayır. Əfqanıstan İslam Əmirliyi və əfqan xalqı Türkiyə ilə tarixi, mədəni və dini əlaqələr saxlayır, lakin işğalın genişləndirilməsi, ölkəmizin daxilində Türkiyə məmurlarına qarşı kin və düşmənçilik hisslərini oyadacaq və ikitərəfli əlaqələrə zərər verəcək”, - deyə bəyanatda qeyd olunub.
“Taliban” Türkiyə rəhbərliyinin bu qərarını yanlış addım kimi qiymətləndirib: “Bu, bizim ərazi bütövlüyümüzün, suverenliyimizin pozulmasıdır və milli maraqlarımıza ziddir. Əfqanıstan İslam Əmirliyi türk və əfqan xalqları arasında problemə səbəb olduğu üçün bu qərarı ən sərt şəkildə qınayır. Biz Türkiyə rəsmilərini hər iki ölkə üçün zərərli olan bu qərarı ləğv etməyə çağırırıq. Hər hansı xarici ölkənin qüvvələrinin istənilən bir bəhanə ilə vətənimizdə qalmasını işğal kimi qəbul edirik və onlara fətva əsasında cavab veriləcək. Bu fətva əsasında son 20 ildə cihad edilib”.
“Taliban” Türkiyə müsəlmanlarına bu qərara etiraz etməyə dair çağırış edib. Bildirilib ki, bu, nə Türkiyənin, nə də Əfqanıstanın xeyrinədir və iki müsəlman ölkə üçün yalnız problemlər yaradacaq: “Biz bütün ölkələrlə müsbət əlaqələrdə maraqlıyıq. Biz başqalarının işinə qarışmırıq. Eyni zamanda, digərlərinin bizim daxili işlərimizə müdaxilə etməsinə də icazə vermərik. Türk məmurlar qərarlarını yenidən nəzərdən keçirməsələr, İslam Əmirliyi və əfqan milləti dini, vicdani və vətənpərvərlik borclarına uyğun olaraq, 20 illik işğala qarşı çıxdıqları kimi, onlara qarşı da mövqe tutacaqlar. Bu halda bütün məsuliyyət başqalarının işinə qarışan və bu cür düşünülməmiş qərarlar verənlərin üzərinə düşəcək”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi