Zakir Həsənovdan gözlənilməz kadr dəyişikliyi, yeni təyin olunan rəis çıxarıldı

img

29-01-2014 [17:21]



Müdafiə naziri Zakir Həsənov Nazirliyin hərbi həkim komissiyasının sədri polkovnik Vidadi Quliyevi işdən azad edib.

Mia.az "Axar.az”a istinadən xəbər verir ki,  Müdafiə naziri hərbi həkim komissiyasına yeni sədr də təyin edib. Bu, Elxan İbrahimovdur.

Qeyd edək ki, Zakir Həsənovun Müdafiə naziri təyin edilməsi Səfər Əbiyevin dövründən hərbi həkim komissiyasının sədr əvəzi olan Vidadi Quliyevin karyerasında uğurlu bir başlanğıc olub. Keçmiş Müdafiə naziri Səfər Əbiyevin rütbəsini aşağı saldığı Vidadi Quliyev yeni nazirin gəlişi ilə polkovnik rütbəsinə yiyələnib. Lakin müəyyən müddətdən sonra naməlum səbəblərdən Zakir Həsənov Vidadi Quliyevi işdən azad edərək, onun yerinə Elxan İbrahimovu təyin edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA