Allahşükür Paşazadə niyə iranlı dindarı önə verib? - QMİ-dən açıqlama
12-07-2021 [13:52]
Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri zamanı İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejatın məsciddə mehrabın önündə dayanaraq namaz qılması sosial şəbəkələrdə müzakirəyə çevrilib.
Sosial şəbəkə istifadəçiləri namaz qılınan zaman fotoda Ocaqnejatın Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər şəxslərdən öndə dayanmasına etiraz ediblər.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib ki, orada bütün vacib namazlar şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb:
"Şuşa səfərində Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri, Türkiyənin və İranın Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri iştirak edirdilər. Əvvəla, onu qeyd edim ki, orada bir sıra dini ayinlər icra edildi. Xristianların da kilsədə dini ayinləri icra olunan zaman müsəlman din xadimləri orada iştirak edirdilər. Bundan əlavə, məsciddə vacib namazların hamısı şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb. Həmin fotoda olan namaz isə müstəhəb namazdır və camaat namazı şəklində qılınmayıb, hər kəs fərdi olaraq namazlarını qılıblar".
QMİ sədrinin səlahiyyətli nümayəndəsi vurğulayıb ki, orada Türkiyə səfirliyinin dini işlər üzrə nümayəndəsi də dualar oxuyub və çıxış edib.
Onun sözlərinə görə, hədiyyə namazları qılınan zaman İran nümayəndəsi də namaz qılıb:
"Burada siyasi məqsədlər axtarmaq kökündən yanlışdır. Orada fərdi qaydada ibadətlər həyata keçirilib. Şəkildən də görünür ki, orada hər kəs məscidin fərqli yerlərində durub ibadət edirlər. İranın nümayəndəsi höccətülislam Ocaqnejat da orada namaz qılıb və dua edib. Mərasim bitəndən sonra Türkiyə səfirliyinin nümayəndəsi dualar etdi və din xadimləri buna amin dedilər. Yəni burada başqa heç bir məqsəd olmayıb, kiminsə öndə və ya kiminsə arxada olması məsələsi deyil".
Din xadimi həmçinin Şuşa səfərinin təəssüratlarından da danışıb. O bildirib ki, Şuşa Azərbaycanın sözün həqiqi mənasında mədəniyyət paytaxtıdır:
"Şuşanın qəribə bir izaholunmaz atmosferi var. Növbəti dəfə o fəzada olmağımız bizə çox böyük məmnunluq hissi yaşatdı. Burada müxtəlif dini konfessiyaların nümayəndələri ilə birlikdə müxtəlif məkanları ziyarət etdik. Həm kilsə ziyarət olundu, həm Yuxarı Gövhərağa məscidində yenidən namaz qılındı. Bir daha dünyaya nümayiş olundu ki, Azərbaycanda dinlərarası, məzhəblərarası barış və anlaşma mühiti var. Azərbaycandakı bu mühitin dünyaya məhz Şuşadan nümayiş olunması olduqca əhəmiyyətlidir"/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi