Aİ Cənubi Qafqazda regional əməkdaşlıq platformasının yaradılmasını təklif edir
12-07-2021 [13:09]
Litva, Rumıniya və Avstriya xarici işlər nazirlərinin iyun ayında Cənubi Qafqaz regionuna səfərinin yekunu ilə bağlı hesabat Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının bu gün keçirilən iclasında müzakirə olunacaq.
Bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku iclasdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Biz may ayında Lissabonda keçirilən görüşümüzdə Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrində mövcud olan uzadılmış münaqişələrin həlli istiqamətində necə aktiv ola biləcəyini müzakirə etmişdik. Bu görüşün nəticələrindən biri də təşkilatın meydanda daha aktiv olmasını Aİ-yə üzv ölkələrin XİN başçılarının səfərləri vasitəsilə reallaşdırmaq təklifi idi. Mənim də qatıldığım üç XİN başçısının iştirak etdiyi Cənubi Qafqaz ölkələrinə səfər bir ilk idi. Biz bu ölkələrin rəhbərlikləri ilə görüşdük və Aİ-nin uzadılmış münaqişələrinin həlli istiqamətində daha aktiv iştirak etməsinə dair qətiyyəti barədə, eyni zamanda, bu ölkələrin stabilliyinə və təhlükəsizliyinə dəstəyimizlə bağlı mesajı çatdırdıq. Cənubi Qafqaz ölkələri və Aİ-nin daha çox bir-birinə necə yaxınlaşa biləcəyini müzakirə etdik. Bundan başqa, bu ilin dekabrında keçiriləcək “Şərq Tərəfdaşlığı”nın sammitinə hazırlıq məsələləri müzakirə olundu. Ümumilikdə səfərimiz bu ölkələrin liderləri tərəfindən xoş qarşılandı. Səfər sonrası müəyyən fikirlər, ideyalar var. Bu gün mən və mənimlə səfər edən həmkarlarım bu ideyaları Aİ-nin Xarici İşlər Şurasına və Aİ-nin Ali Nümayəndəsinə təqdim edəcəyik”, - deyə XİN başçısı vurğulayıb.
Onun sözlərinə görə, üç ölkə arasında regional əməkdaşlıq platformasının yaradılmasına Aİ-nin dəstək verməsi və təşkilatın bu platformada vasitəçilik və iştirakı ilə bağlı ideya var: “Həmçinin, Azərbaycan və Ermənistan arasında etimad yaradan tədbirlərə dəstəyin verilməsi istiqamətində konkret təkliflərimiz var. Üç ölkə arasında əməkdaşlıq mexanizminin yaradılması və “Şərq Tərəfdaşlığı” siyasətinin təhlükəsizlik aspektinin müzakirə olunması üçün bu ölkələrin XİN başçılarının payızda Aİ-nin Xarici İşlər Şurasının iclasına dəvət olunması təklifi də var. Qeyd edim ki, regiona səfərimiz çərçivəsində keçirdiyimiz görüşlərdə təhlükəsizlik məsələsi müzakirə olunan əsas məsələ idi”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi