Sakinlər Bakı şəhər icra başçısı Hacıbala Abutalıbova müraciət etdi

img

29-01-2014 [15:14]


Sabunçu rayonu Balaxanı qəsəbə sakinləri Bakı şəhər icra başçısı Hacıbala Abutalıbova müraciət edib.

"Qafqazinfo”ya daxil olan müraciətdə bildirilir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsinin yollarının bərbad, keçilməz olması səbəbindən aidiyyatı qurumlara dəfələrlə müraciət edilib. Eyni zamanda KİV-də dəfələrlə qəsəbənin problemləri ilə bağlı informasiyalar verilib. Amma bütün baxmayaraq problemlər hələ də həll olunmayıb. Bu vəziyyət isə qəsəbədə sosial partlayışa səbəb olan hallara gətirib çıxarmaqdadır.
Qəsəbə sakinləri inanırlar ki, qəsəbənin problemləri prezidentə olduğu kimi çatdırılmır, Əgər çatdırılsaydı, problemlərimiz köklü şəkildə həll edilərdi.

Problemlərimizin həll edilməsi üçün sizi Balaxanı qəsəbəsinə dəvət edirik . Qəsəbəyə gəlsəniz şərhsiz siz hər bir problemi görəcəksiniz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA