Hava kəskinləşəcək, Bakıda çovğun olacaq

img

29-01-2014 [12:25]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublika ərazisində hava şəraitinin kəskinləşəcəyi barədə xəbərdarlıq yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, ETSN-in Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 30-dan başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində gündən-günə kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir.

Havanın temperaturunun Bakı və Abşeron yarımadasında yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var.

Yollar buz bağlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA