MDB baş prokurorları Rusiyada toplandı: Kamran Əliyev də müşavirədə iştirak edib - FOTO
08-07-2021 [18:26]
Bu gün Sankt-Peterburqda keçirilən prokurorluq orqanları rəhbərlərinin konfransı çərçivəsində Müstəqil Dövlətlər Birliyi baş prokurorlarının müşavirəsi keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyevin iştirak etdiyi tədbirdə MDB məkanında cinayətkarlığa qarşı mübarizə, o cümlədən terrorçuluq, narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya, vətəndaşların hüquqlarının qorunması və sair məsələlər ətrafında müzakirələr aparılıb.
“Prokurorların cinayət təqibindən kənar fəaliyyətində rolu” mövzusunda keçirilən plenar sessiyada çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparıldığını, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun struktur dəyişiklikləri barədə tədbir iştirakçılarına məlumat verib.
Çıxışda ölkəmizdə prokurorluğun cinayət təqibindən kənar fəaliyyəti, o cümlədən inzibati və mülki icraatda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev həmçinin rusiyalı həmkarı İqor Krasnovla ikitərəfli görüş keçirmişdir. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmiş, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında, o cümlədən prokurorluqlarımız arasında imzalanmış bir sıra sənədlərin icrası mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Kamran Əliyev bir sıra ölkələrin, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Xorvatiya, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi Direktoratının rəhbəri və digər ölkələrdən olan həmkarları və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi