Bakıya sərnişin reysləri həyata keçirən aviaşirkətlərin sayı artırıldı
08-07-2021 [17:38]
Epidemioloji vəziyyət yaxşılaşdıqca, Azərbaycan COVID-19 pandemiyası səbəbindən dayandırılmış beynəlxalq hava əlaqələrini mərhələli şəkildə bərpa edir. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən aviaşirkətlərin sayı 20-yə çatıb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Mia.az-a verilən məlumata görə, milli aviadaşıyıcı AZAL və onun törəmə müəssisəsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti ilə yanaşı, “Turkish Airlines”, “Lufthansa”, “Qatar Airways”, “Aeroflot”, “S7 Airlines”, “Fly Dubai” kimi iri aviaşirkətlər, habelə “Pegasus”, “SkyUp Airlines” kimi aşağıbüdcəli aviaşirkətlər və bir sıra digər aviadaşıyıcılar ölkəyə uçuşlarını bərpa ediblər və ya uçuş icra etməyə hazırlaşırlar.
Məlumata görə, ümumilikdə 37 istiqamət üzrə uçuş həyata keçirilir (2021-ci ilin iyul ayına olan məlumat). AZAL doqquz istiqamətdə reyslər yerinə yetirir (uçuşların ümumi sayının təxminən 24%-i).
Hazırda sərnişin tələbatının daha çox olduğu istiqamətlər Rusiya (19 şəhər) və Türkiyədəndir (7 şəhər). Azərbaycandan hava yolu ilə həmçinin Almaniya, Ukrayna, Belarus, Böyük Britaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İsrailə səyahət etmək mümkündür.
Qeyd etmək lazımdır ki, Azərbaycanın digər beynəlxalq hava limanlarından da hava əlaqələri bərpa edilib. Belə ki, Bakıdan əlavə, Naxçıvandan İstanbul (“Turkish Airlines”) və Moskva (“Utair”), Gəncə hava limanından İstanbul (“Turkish Airlines”), Moskva və Sankt-Peterburq (“Ural Airlines”), Lənkəran hava limanından Moskva (“Ural Airlines” və “Nordwind”) və Sankt-Peterburq (“Nordwind”) istiqamətlərində birbaşa uçuşlar icra edilir.
COVID-19 pandemiyası başlamazdan əvvəl 30-dan çox aviaşirkət Azərbaycana uçuş həyata keçirirdi, istiqamətlərin ümumi sayı isə 60-dan çox təşkil edirdi.
2020-ci ilin yanvar ayından Azərbaycanın bütün hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli "hava azadlığı" rejimləri tətbiq olunur. Həmin azadlıq dərəcələri bütün xarici aviaşirkətlərə Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə heç bir məhdudiyyət olmadan uçuş icra etmək imkanı verir.
COVID-19 pandemiyasından əvvəl Azərbaycanın hava limanlarında illik sərnişin axını təxminən 5 mln. nəfər təşkil edirdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi