29-01-2014 [12:14]
Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, özünü yandıran Alpoud kənd sakini yanıq xəsarətləri ötən gün xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
****
Yevlax rayonunda sosial yardım almasına əngəllər yaradıldığı üçün özünü yandıran Nizami Kərimovun 5 saylı şəhər klinik xəstəxanasında müalicəsi davam edir.
Xəstəxananın yanıq şöbəsinin müdiri Vüqar Ələkbərov Modern.az-a xəstənin vəziyyəti haqqında məlumat verib: "Xəstənin vəziyyəti ağırdır. Bədəninin yuxarı hissəsinin təxminən 65-70 faizi yanıb. Hər iki yuxarı ətraflar tamamilə 3-cü dərəcəli yanıq xəsarəti alıb”.
Özünü yandıran əlil Nizami Kərimovun həyat yoldaşı Zülfiyyə Kərimova Modern.az-a hadisə barədə daha ətraflı məlumat verib.
Hadisə bir anın içində oldu
Əlilin həyat yoldaşı Zülfiyə Kərimova deyir ki, hadisə baş verən vaxt orda olmayıb: "İmkansız ailələr kimi biz də dövlətdən sosial yardım alırıq. Lakin 2013-cü ilin son aylarından etibarən sosial yardım ala bilmirdik. Demək olar, 4 ay idi sosial yardım bağlanmışdı. Bütün ailə gözünü dövlətin verdiyi sosial yardıma dikib. Bir-iki ay səsimizi çıxartmadıq. Nəhayət, yoldaşım qərara gəldi ki, rayon mərkəzində yerləşən sosial yardım şöbəsinə müraciət etsin. Yoldaşım gedib, orada deyiblər ki, "gərək sosial yardımın 6 ayını biz alaq, 6 ayını da siz”. Bu təklifdən imtina edəndən sonra yoldaşım özünü yandırıb”.
"Psix” sözünə görə cavab verəcəklər"
Z.Kərimova sosial durumlarının çox ağır olduğunu vurğulayıb: "3 uşağımız var. Böyük qızım ailəlidir. Yerdə qalan ikisi məktəblidir. Uşaqlarım hər dəqiqə zəng edib atalarını soruşurlar. Həqiqəti deyə bilmirəm. Uşaqlarım evdə gözü yaşlı qalıb. Yoldaşımın vəziyyəti yaxşı deyil, yanıq onun sifətini pis hala salıb. Amma ümid edirəm ki, sağalacaq. Bu oyunu bizim başımıza açanlardan əl çəkən deyiləm. Məni yandıran əsas məsələ Yevlax rayonu icra hakimiyyəti başçısının yoldaşıma "psix” damğasını vurmasıdır. Onu hansı əsasla deyib? Sübutu var o sözü işlətməyə?! İcra başçısının yoldaşıma "psix” deməsi bütün qohumları ayağa qaldırıb. Mənim gül kimi balalarım var. Onları gözü yaşlı qoyublar. Yoldaşım 2 yaşından ayağından əlil qalıb. Onun ayağı əlildir, başı ki, əlil deyil! Yoldaşım öz haqqını tələb edib. Ona deyiblər ki, "kişi deyilsən özünü yandırmasan”. Yoldaşımı özündən çıxarıblar. Haqqını tələb edəndə adam "psix” olur, bəyəm?!. Yoldaşım da deyib ki, "bizim sözümüz keçmirsə, onda özümüzü öldürək”.
Əlilin maşını da var imiş...
İcra hakimiyyəti başçısı hətta əlilin maşınının olduğunu da bildirmişdi. Z.Kərimovanın sözlərinə görə, maşın var, amma guya istifadəyə yararlı deyil: "Gedin soruşun, bir adam deyə bilməz ki, Nizami o maşını sürüb harasa gedib”. Yoxlamadan keçirsinlər. Onda bəlli olacaq ki, maşın yararsızdır. Neçə gündür, o maşını ortalığa atıblar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi