Yasamalın icra başçısına daha bir zərbə nazirdən gəldi - Qadağa

img

29-01-2014 [11:49]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yasamal rayonu Zərdabi küçəsi 89 ünvanında ağacların qanunsuz kəsilməsi barədə şikayət daxil olub. 

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, şikayətlə əlaqədar Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırma aparılıb. Aparılan araşdırma zamanı məlum olub ki, Yasamal rayonu Zərdabi küçəsi 89 ünvanında 468 m2 torpaq sahəsində tikinti işlərinin aparılması üçün vətəndaş Ramiz Cabbarlıya Yasamal rayon İcra Hakimiyyəti tərəfindən icazə sənədi verilib. Əraziyə keçirilən baxış zamanı tikinti altına düşən 20 sm diametrində 12 ədəd yaş köküstə sərv ağacının Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli Qərarının tələblərinə əməl olunmadan kökündən çıxarılaraq ərazidən aparıldığı aşkar edilib. Faktla bağlı akt və protokol tərtib olunaraq R.Cabbarlı İnzibati Xətalar Məcəlləsinin 92.3.1-ci maddəsinə əsasən inzibati qaydada 14400 manat məbləğində cərimə olunub. Sözügedən ünvanda tikinti işlərinin dayandırılması və ərazidə yeni yaşıllıqların salınması ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub. Ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.  

Mia.az xəbər verir ki, az öncə Yasamalın icra başçısı İbrahim Mehdiyevin digər bir tikli ilə bağlı qanunsuz sərəncamını Bakı meri Hacıbala Abutalıbov ləğv edib. O, hətta əraziyə "Qanunsuz zəbt olunmuş ərazi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır" löhvəsi də vurdurmuşdur. Göründüyü kimi, İ.Mehdiyevə ikinci zərbə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov tərəfində vurulub... 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA