“Dedi ki, həmin foto çox yayılıb və bizim idarənin adı hallanır" - Bakıda fotousu ilə məşhurlaşan süpürgəçi niyə işdən çıxarılıb?
08-07-2021 [14:16]
Bir müddət öncə azyaşlı qızı ilə işlədiyi ərazini süpürərkən şəkli çəkilən və həmin foto ilə ictimaiyyətin diqqətini çəkərək sosial şəbəkələrdə və mediada müzakirə mövzusu olan Şövkət Əliyeva işdən çıxarılıb.
Mia.az-ın məlumatına görə, Ş.Əliyeva “Qafqazinfo”ya müraciət edərək bildirib ki, mayın 14-də həmin foto geniş yayıldıqdan sonra işlədiyi Səbail rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Paşa Məmmədov onu çağıraraq, bu günlərdə işə gəlməməyi, ümumiyyətlə ortalıqda çox görünməməyi tapşırıb:
“Dedi ki, həmin foto çox yayılıb və bizim idarənin adı hallanır. Ona görə tapşırdı ki, evdə olum, işə gəlməyim. Sonra da məni sığınacağa yerləşdirdilər. Bir neçə gün sonra isə Paşa müəllim məni çağırıb dedi ki, Birliyin rəhbəri Elçin Həsənov mənim işdən çıxarılmağımı istəyir. Onların tələbi ilə işdən çıxmaq haqda ərizə yazdım, məni zorla işdən çıxartdılar”.
Şövkət Əliyeva bildirib ki, fotosu yayılandan bir müddət sonra biznes mərkəzlərinin birindən ona xadimə işləmək təklif olunub: “Mənə dedilər ki, tualetlərin təmizliyinə baxacaqsan, 350 manat maaş alacaqsan. Amma süpürgəçi işləyəndə maaşım 470 manat idi. Mən də dedim ki, tualet təmizləyə bilmərəm, iyrənirəm. Onlar da dedilər ki, işləmək istəyənə oxşamırsız”.
Səbail rayon MKİS rəisi Paşa Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Şövkət Əliyeva həmin foto yayılandan sonra uzun müddət işə gəlməyib: “O xanıma işə gəlməməsi, ortalıqda görünməməsi haqda heç bir tapşırıq verilməyib. Özü işə gəlmədi, ondan sonra başqa yerdə iş tapdığını bildirib bizdəki işindən çıxmaq istədiyini dedi. İyunun 14-də ərizə yazaraq işdən çıxdı, amma bir müddət sonra isə həmin işi alınmadığı üçün geri qayıtdı. Onda isə biz artıq həmin yerə başqa işçi götürdüyümüz üçün Şövkət xanımı işə qaytarmaq alınmadı”.
Paşa Məmmədov əlavə edib ki, Şövkət Əliyevanın azyaşlı övladı ilə ərazidə işləməsi düzgün deyil: “Bir neçə gün uşağı harasa qoymağa yer tapması üçün ona güzəşt edilib. Amma fotoya görə narazılıq olmayıb”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi