Erməni qubernator: "Rusiyalı hərbçilər Azərbaycanla sərhəd boyu yerləşdiriləcək" - "Müəyyən ərazilərdə düzəlişlər ediləcək”
08-07-2021 [12:10]
“Bəzi rusiyalı hərbçilər artıq Gegharkunik bölgəsindədir. Onlar müəyyən mərhələdən sonra sərhəd boyunca yerləşəcəklər”.
Mia.az Meydan TV-yə istinadla xəbər verir ki, bunu Geğarkunik vilayətinin qubernatoru Gnel Sanosyan iyulun 7-də keçirdiyi mətbuat konfransında deyib.
Bildirib ki, artıq bununla bağlı birgə iş gedir. Bunun nəticəsində də bir sıra rusiyalı tərəfdaşlar və hərbçilər həmin bölgədədir: “Müəyyən mərhələdən və vaxtdan sonra onlar sərhəd boyunca yerləşdiriləcək. Bundan sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri bu ərazilərdən çıxarılacaq. Ardınca müəyyən danışıqlara başlanılacaq və müəyyən ərazilərdə düzəlişlər ediləcək”.
Qubernator danışıqların üçtərəfli xarakter daşıdığını və Ermənistan-Rusiya-Azərbaycan formatında aparıldığını da bildirib. Sərhəd boyunca Rusiya sərhədçilərinin yerləşdirilməsinə gəlincə, qubernator bunun nə zaman olacağını dəqiq bilmədiyini söyləyib: “Ancaq inanıram ki, bir neçə günün içində baş tutacaq”.
Gnel Sanosyan rus sərhədçilərinin bölgəyə müvəqqəti və ya daimi yerləşdiriləcəyini də hələ bilmir:
“Dünənki atışmadan sonra sərhəddə vəziyyət sabitdir, yeni hadisə qeydə alınmayıb. Mayın 12-13-dən sonrakı vəziyyət sizə məlumdur. Zaman-zaman oxşar hadisələrin baş verəcəyi istisna deyil. Ötən günlərdə bir hadisə oldu...".
İyulun 7-də Azərbaycan tərəf Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutduğunu açıqlamışdı.
Bir gün öncə isə qanunsuz erməni silahlı dəstələrinin Ağdam rayonu ərazisində bölmələri atəşə tutduğunu, bir hərbi qulluqçusunun yaralandığını bildirmişdi.
İyunun 11-də Azərbaycan tərəf məlumat yayaraq bildirdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan bömələrinə Kəlbəcər istiqamətində atəş açıb. Müdafiə Nazirliyi baş vermiş hadisəyə görə bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi