Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan baş prokurorları bəyannamə imzalayıb - FOTOLAR
07-07-2021 [18:14]
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiyasiyasının birgə təşkilatçılığı ilə Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak məqsədilə Rusiya Federasiyasının Sankt- Peterburqa səfəri başlayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, konfransı açıq elan edən Rusiyanın Baş prokuroru İqor Krasnov Avropa İnsan hüquqları konvensiyasının tələbləri kontekstində fərdi hüquqların və ictimai maraqların müdafiəsində prokurorluğun rolu haqda məlumat verib.
Konfransda müasir dövrün çağırışlarına uyğun olaraq prokurorluq sisteminin inkişafı, insan hüquqlarının qorunmasında prokurorluğun rolu, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, o cümlədən kibercinayətkarlıq, rəqəmsal valyutalardan istifadə etməklə törədilən cinayətlər və digər sahələrdə prokurorluqlar arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Elə həmin gün Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan baş prokurorları tərəfindən Xəzər dənizində ətraf mühitin mühafizəsi və təbii resurslardan istifadə sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalanıb.
Bəyannamə Xəzər dənizi akvatoriyasında beynəlxalq hüquq və ətraf mühitin mühafizəsi haqqında milli qanunvericiliyin icrası mexanizmlərini, habelə vətəndaşların ekoloji hüquqlarının qorunması və müvafiq hüquqpozmalara qarşı preventiv kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali ilə görüşüb. Baş prokuror otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini bildirib.
Kazem Cəlali dost Azərbaycan dövlətini və xalqını tarixi qələbə münasibətilə təbrik edərək Azərbaycan-İran sərhədinin tam şəkildə bərpa olunduğunu da məmnuniyyətlə vurğulayıb.
Həmçinin, ölkələrimiz arasında hüquq mühafizə sahəsində əməkdaşlıq, o cümlədən cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələləri müzakirə edilib.
Nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri davam edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi