Şirvanda şəhid Şəhriyar İsmayılzadənin doğum günü qeyd olunub - FOTO
07-07-2021 [18:05]
Şirvan şəhərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını alıb.
Mia.az xəbər verir ki, ənənənin davamı olaraq 7 iyul 2021-ci il tarixdə Vətən müharibəsinin şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun doğum günü qeyd edilib.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Hacıqəhrəmanlı Bələdiyyəsinin üzvləri, Gənclər və İdman İdarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, dostları öncə Şəhidlər Xiyabanında Şəhriyarın məzarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər. Şəhidin ruhuna dualar oxunub, valideynlərinə Allahdan səbir dilənib.
Sonra ziyarətçilər şəhid Şəhriyar İsmayılzadənin Hacıqəhrəmanlı qəsəbəsində yaşadığı evin yaxınlığında xatirə lövhəsinin və guşəsinin açılışında iştirak ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra şəhidin atası Əkbər İsmayılzadə, anası Fatma xanım xatirə lövhəsini açaraq övladlarını cənnətdəki ilk doğum günü münasibətilə təbrik ediblər və tədbir iştirakçılarını salamlayıblar.
Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Hacıqəhrəmanlı bələdiyyəsinin sədri Samirə Abışova, əməkdar müəllim Həsənpaşa Tahirov, tarix müəllimi Töfhə Cəlilova, Hacıqabul şəhidi Şıxəliyev Mehdinin anası, Hacıqəhrəmanlı şəhidi Rahil Ərəblinin anası, şəhidin döyüş yoldaşları 44 günlük Vətən müharibəsini Şanlı zəfərlə başa çatdıran şəhidlərimizə Allahdan rəhmət diləyiblər və onları böyüdən valideynlərə minnətdarlıq ediblər. Qeyd olunub ki, Azərbaycan xalqı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etmişdir. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, Şirvanda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək səviyyədə təşkil olunması vurğulanıb. Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını diqqətə çatdırıblar.
Sonra Şəhriyar İsmayılzadənin keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb. Qeyd olunub ki, 7 iyul 1994-cü ildə dünyaya gələn İsmayılzadə Şəhriyar sadə, zəhmətkeş ailədə böyüyüb. Hacıqəhrəmanlı qəsəbə 12 nömrəli tam orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdan Şəhriyarı yaxınları, dostları vətənpərvər, mərd, cəsur oğul kimi tanıyıblar. 27 sentyabr 2020-ci il tarixdə II Qarabağ müharibəsi başladıqda könüllü olaraq torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Zəngilan, Qubadlı, Füzuli, Şuşa şəhərlərinin alınmasında qəhrəmanacasına döyüşüb. Şuşa uğrunda gedən qanlı döyüşlərdə şəhadətə yüksəlib. Azərbaycan xalqının elliklə Qələbə gününü qeyd etdiyi 10 noyabr 2020-ci ildə Şirvan şəhər Şəhidlər Xiyabanında izdihamla dəfn olunub. Ölkə başçısının sərəncamı ilə Şəhriyar İsmayılzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Daha sonra Şəhriyarın vaxtilə təhsil aldığı 12 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş bədii kompazisiya ilə çıxış ediblər.
Tədbirin sonunda xatirə lövhəsinin önünə gül-çiçək dəstələri düzülüb. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi