MTN Azərbaycana qarşı terror hədələrinə cavab verdi

img

28-01-2014 [17:44]


Milli Təhlükəsizlik Nazirliyi (MTN) terrorçu təşkilatların Azərbaycanı hədələməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.
Qeyd edək ki, «Meşə Qardaşları» və «Ceyşullah» terror təşkilatları sosial şəbəkələrdə Azərbaycanla bağlı bəyanat yayıb.
«Meşə Qardaşları» adından yayılmış bəyanatda deyilir ki, onlar bir təşkilat olaraq artıq Azərbaycan iqtidarına qarşı hərbi əməliyyatlara start verib.
«Ceyşullah» («Allahın Ordusu») adlı təşkilatın adından yayımlanan bəyanatda isə sözügedən təşkilat tezliklə Azərbaycanda cihad elan edəcəyi qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA