Sabah Bakıya qar yağacaq

img

28-01-2014 [14:25]


Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimal olunur. Şimal küləyi güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən MİA-ya daxil olan xəbərə görə, havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti təşkil edəcək.

Yanvarın 29-da Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Şimal küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Əlverişsiz hava şəraiti haqqında ilkin xəbərdarlıq: Yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 29-da bəzi dağlıq və dağətəyi rayonlarda, 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir. Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, 30-31-də qar yağacağı gözlənilir. Havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti, 30-da gecə və gündüz 2-4 dərəcə isti, axşam 3 dərəcə şaxta, 31-də isə 1-3 dərəcə şaxta təşkil edəcək. Şimal küləyinin güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA