“Dərnəgül yolu” mayda açılır, Babək prospekti bağlanır

img

28-01-2014 [14:00]


Nəqliyyat Nazirliyi 2014-cü ilin mayında Ziya Bünyadov prospektinin yenidən qurulmasını başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, Ziya Bünyadov prospektinin yenidən qurulması başa çatdıqdan sonra Nəqliyyat Nazirliyi Babək prospektində yenidənqurma işlərinə başlamağı planlaşdırır.
Nazir müavini deyib ki, hazırda yenidənqurma işlərinin layihəsi üzərində iş gedir. Onun sözlərinə görə, prospektdə işlərin aparılması zamanı hərəkətin qismən və ya tam məhdudlaşdırılması barədə layihələndirmə başa çatdıqdan sonra danışmaq olar: "Babək prospekti ölkənin mühüm nəqliyyat "damarı"dır, ona görə də onun yenidən qurulması vacibdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA