Özünü yandıran əlilin vəziyyəti ağırdır, nazir yoxlama göndərdi - VİDEO

img

28-01-2014 [13:13]


Yevlaxda özünü yandıran II qrup əlil Nizami Kərimov gecə saatlarında paytaxta gətirilib. Aldığı yanıq xəsarətlərinin ağır olduğundan o, 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Həkimlər hazırda özünü yandıran əlilin vəziyyətininin orta ağır olduğunu deyir. 

Qeyd edək ki, Nizami Kərimov ötən gün Yevlax rayonunda əhalinin Sosial Müdafiəsi Mərkəzinn qarşısında üzərinə benzin tökərək yandırmışdı. Bu yola əl atmasına səbəb kimi isə onun ünvanlı sosial yardım ala bilməməsi göstərilib.

 Hadisə ilə bağlı ANS-ə açıqlama verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məsələnin ciddi araşdırılacağını, bu məqsədlə Yevlaxa xüsusi nümayəndə göndərildiyini bilirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA