Gürcüstana gedənlər nələr etməlidir? - Qaydalar açıqlandı
02-07-2021 [16:02]
İstənilən ölkədən hava nəqliyyatı ilə səyahət edən bütün ölkələrin vətəndaşları, Gürcüstanın sərhəd buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin tam vurulmasını (iki doza) təsdiqləyən sənədi və 5 iyul tarixindən başlayaraq ölkəyə daxil olmaqdan 72 saat öncə alınmış neqativ PCR-test haqqında arayışı təqdim etdikləri təqdirdə Gürcüstana daxil ola bilərlər.
Mia.az “Buta Airways” aviaşirkətinə istinadən xəbər verir ki, sənədlər ingilis dilində olmalıdır:
Gürcüstan vətəndaşları:
Səyahətdən 72 saat əvvəl keçirilmiş PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim edən Gürcüstan vətəndaşı 8 günlük özünütəcrid şəraitində qalmalı və ya Gürcüstanda olduğu 3-cü gün ərzində öz hesabına əlavə PCR müayinəsindən keçməlidir. Əgər özünütəcrid mümkün deyilsə, vətəndaş məcburi karantinə yerləşdiriləcək;
Gürcüstan vətəndaşı sərhəddə PCR testini təsdiqləyən sənədi təqdim etmədiyi təqdirdə 8 gün özünütəcridə alınacaq, və ya təcrid olunması mümkün deyilsə, məcburi karantinə yerləşdiriləcək.
Son 14 gün ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səyahət etmiş bütün şəxslər 12 gün müddətində məcburi karantinə yerləşdiriləcəklər.
Əcnəbilər:
Aşağıdakı dövlətlərin vətəndaşları və orada yaşayış icazəsi olanlar aşağıda göstərilən şərtlərlə Gürcüstana hava nəqliyyatı ilə daxil ola bilərlər:
Azərbaycan Respublikası, Avstriya, Bəhreyn, Belarus, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanistan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Küveyt, Qırğızıstan, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Niderland, Norveç, Oman, Polşa, Portuqaliya, Qətər, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Türkmənistan, ABŞ, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq və Özbəkistan, əgər Ermənistan, Avstriya, Azərbaycan, Bəhreyn, Belarus, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Küveyt, Qırğızıstan, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Niderland, Norveç, Oman, Polşa, Portuqaliya, Qətər, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Türkmənistan, ABŞ, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, San-Marino, Monako, Serbiya, İslandiya, Lixtenşteyn, Monteneqro, Andorra, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovina və Özbəkistandan səyahət edirlərsə.
Sərnişinlər 14 günədək karantinə yerləşdirilə bilərlər. Daha ətraflı məlumat üçün https://mfa.gov.ge/MainNav/CoVID-19-sakitkhebi/sazgvris-kvetis-regulaciebi.aspx?lang=az-US saytına daxil olun.
Gürcüstana daxil olmaq üçün əcnəbilər aşağıdakı şərtlərə riayət etməlidilər:
Gürcüstana gələn əcnəbilər məcburi onlayn formanı doldurmalıdırlar
https://registration.gov.ge/pub/form/8_protocol_for_arrivals_in_georgia/tk6157/
Qeydiyyatdan keçdikdən sonra gediş məntəqəsində uçuşa qeydiyyatdan keçərkən göstərilməli olan təsdiqləmə nömrəsi veriləcək. Vaksinasiyadan tam keçmiş sərnişinlər üçün bu formanın doldurulması vacib deyil.
Üçüncü ölkələrdən tranzit səyahət daxil olmaqla, yuxarıda göstərilən ölkələrdən birbaşa hava nəqliyyatı ilə səyahət etməlidirlər (Quru və dəniz sərhədləri bağlı qalır);
Gürcüstana səfərdən 72 saat əvvəl keçirilmiş PCR testinin arayışını Gürcüstanın sərhəd buraxılış məntəqəsində təqdim etməlidirlər;
PCR testinin arayışını ingilis dilində olmalıdır. 10 yaşdan aşağı olan sərnişinlər PCR testi olmadan Gürcüstana daxil ola bilərlər;
Gürcüstanda olduqları 3-cü gün ərzində öz hesabına əlavə PCR-müayinədən keçməlidirlər;
Dövlət sərhədini keçməzdən əvvəl son 14 gün ərzində səyahət tarixçəsini, əlaqə məlumatlarını (ünvan, telefon nömrəsi, elektron poçt və s.) göstərməklə xüsusi anket formasını doldurmalıdırlar.
Son 14 gün ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səyahət etmiş bütün şəxslər əraziyə girişdən sonra 12 gün müddətinə məcburi karantinə yerləşdiriləcəklər. Bu halda sərhəddə PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etmək və Gürcüstanda olduqları 3-cü gün ərzində PCR müayinəsindən keçməkdən azad olunacaqlar. Buna baxmayaraq, Azərbaycan Respublikasının qaydalarına uyğun olaraq, Bakıdan yola düşərkən COVID-19-a dair PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etməlisiniz.
Gürcüstandan Azərbaycana “AZAL” və “Buta Airways” aviaşirkətlərinin reysləri ilə uçarkən Synevo laboratoriyasının (www.synevo.ge) filiallarının birindən koronavirus infeksiyasının olmaması barədə arayış almalı və ya üzərində QR-kodu olan PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etməlisiniz (QR-kodun etibarlılığı qeydiyyat masalarında yoxlanılacaq).
Yuxarıda göstərilən qaydalar üçüncü mənbə tərəfindən təqdim edilib və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisindən çıxdığınız və səyahət etdiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları əldə etmək üçün uçuşunuzdan əvvəl IATA-nın Səyahət Mərkəzinin saytını, Gürcüstan Xarici İşlər Nazirliyinin veb-saytını – https://mfa.gov.ge/ və https://stopcov.ge/en saytlını nəzərdən keçirməniz xahiş olunur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi