ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib - FOTOLAR
02-07-2021 [15:31]
ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsi Sinqapurda keçirilən 33-cü Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi təmsil edən komandamızın bu mötəbər tədbirdə iştirakına təşkilati dəstək göstərib.
ADA-dan Mia.az-a verilən məlumata görə, olimpiada 19-25 iyun tarixlərində onlayn rejimdə keçirilib.
Ölkəmizi təmsil edən “Azərbaycan komandası”nın üzvləri sırasında Əziz Hüseynov, Səid Nəsibov, Emin Orucov və Amin Cəlilov yer alıb. Rəşad Məmmədov komandanın lideri, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tələbələri İbrahim Tağızadə və Hüseyn Hacıyev isə müvafiq olaraq komanda liderinin müavini və köməkçisi seçiliblər.
Tədbirin açılış mərasimində çıxış edən sözügedən fakültənin dekanı və Olimpiada Beynəlxalq Komitəsinin üzvü Araz Yusubov tədbir iştirakçılarını Azərbaycandan virtual olaraq salamlayıb. O, 88 komandanı təmsil edən 350-dən çox informatika həvəskarına uğurlar arzulayıb.
Tədbir çərçivəsində hər il keçirilən elmi-praktik konfransda bu il həmin fakültənin baş müəllimi Cəmaləddin Həsənov təqdimat edib.
İnformatika sahəsində gələcəyin peşəkarlarını bir araya gətirən Olimpiadada 30 iştirakçı qızıl medal qazanıb. Azərbaycan komandası isə 2 bürünc medal əldə edib. Bundan əlavə, Araz Yusubov bütün nümayəndə heyətinin ümumi səsverməsində səs çoxluğu ilə Beynəlxalq Komitəyə 3 illik üzv seçilib.
“IOI” (Beynəlxalq İnformatika Olimpiadası) hər il keçirilən beynəlxalq səviyyəli elm olimpiadalarından biridir. İntellektual yarışın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır.
Xatırladaq ki, Azərbaycanın ev sahibliyi ilə 2019-cu ildə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının təşkilində ADA Universiteti yaxından iştirak edib. Həmin ildən etibarən Universitet, Beynəlxalq İnformatika Olimpiadasının qayda və standartlarına uyğun Milli İnformatika Olimpiadasının yarımfinal və finalına da ev sahibliyi etməyə başlayıb.
Qalib komandaların siyahısı ilə buradan tanış ola bilərsiniz:
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi