Şeyxdən məmur övladlarına sərt ittiham: "...dövlətə qarşı iş aparırlar"

img

28-01-2014 [11:57]


Xəbər verdiyimiz kimi bu gün Qafqaz Müsəlmanları İdarəsində Suriyaya gedən azərbaycanlı döyüşçülərlə bağlı geniş tərkibli iclas keçirilib.

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bu məsələdə bəzi məmurların da günahkar olduğunu bildirib. O, məmurlara xitab edərək onları dövlətə qarşı iş aparmaqda ittiham edib:

"Burda ziyalı, məmur təbəqəsində də günah var. Bəzi məmurlar Azərbaycanda işləyib maaş alırlar. Onların övladları isə hansısa məzhəbə qoşulub dövlətə qarşı iş aparırlar”.

Qeyd edək ki, Allahşükür Paşazadə "bəzi məmurlar” işarəsini vursa da, konkret ad çəkməyib(qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA